Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Alimləri gözdən salanlar – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Oktyabr 03
18:01 2017
🎬

📥Yüklə (3.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Möhtərəm şeyx, sualda deyilir ki, günümüzdə bizlərinin hörmətli alimləri gözdən salmaq cəhdləri bizi çox narahat edir. Müşkül burasıdır ki, bəzi zəif iradəli insanlar sosial şəbəkələrdə bunlara aldanırlar. Alimlərə ehtiram etmək baxımından bizə və bu məclisdə olanlara tövsiyəniz nədir?

Cavab:

Bu, yeni bir iş deyil. Alimləri, dəvətçiləri və dininə bağlı insanları gözdən salmaq əvvəllər də olub.

Uca Allah buyurur: “Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Tövbə: 79).

Uca Allahın bu kimi insanları məsxərəyə qoyması (bu dünyada onlar üçün cəza olaraq) yetərlidir. Əgər onlar elm adamlarını məsxərəyə qoysalar, Allah da onları məsxərəyə qoyar.

Uca Allahdan salamatlıq diləyirik.

Digər xəbərlər