Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Allaha itaət etməklə özünü qüvvətli et – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

İyun 13
20:14 2017
🎬

📥Yüklə (4.7 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Uca Allah buyurur: “İnsan zəif yaradılmışdır…” (ən-Nisa: 28).
Lakin Allah sənə səni güclü edəcək silahlar vermişdir. O, sənə qəlbini gücləndirəcək silahlar bəxş etmişdir.

Bu silah, Allaha itaət və onu çox zikr etmək, Onun əzəməti haqqında düşünmək, üzərində olan haqqı anlamaq, bir gün Ona qayıdacağını dərk etmək, məsuliyyət daşıdığını bilməkdir. Uca Allah buyurur: “Rəbbinə and olsun ki, onların hamısını sorğu-sual edəcəyik, etdikləri əməllər barəsində…” (əl-Hicr: 92-93).

Sən pis işlərinə görə cəzaya məhkum olunacaq, yaxşı işlərinə görə mükafat alacaqsan. İNDİ ÖZÜN DÜŞÜN!

Uca Allah buyurur: “Nəfsdən gələn istəklərə uyma, yoxsa səni Allah yolundan azdırar.” (Sad: 26).

Bil ki, Allahın mərhəmət göstərdiklərindən başqa hər kəsin nəfsi pislikləri əmr edir. Nicat yolu nəfsi istəklərdən uzaq tutmaqdadır. Uca Allah buyurur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!” (Naziat: 40-41).

Nəfsin səni günaha çağırdıqda, sən ona təhlükənin böyük olduğunu xatırlat. Ona Allaha asilik etməyin qadağan olmasını bildir. Buna görə Allahın qəzəbi və cəzasına məhkum olacağını söylə. Sən bu halında öləcəyini, yaxud bağışlanacağını və ya əzab görəcəyini bilmirsən.

Ona görə də nəfsinə qarşı cihad et və ona xatırlat. Özünü əsla səhlənkar göstərmə.

Digər xəbərlər