Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ayaq üstə su içmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Oktyabr 26
17:20 2017
🎬

📥Yüklə (5.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Heç biriniz ayaq üstə içməsin.” (Muslim).

Su və s. içməyin ədəb qaydasına görə, insan oturub içməlidir.
Bəs ayaq üstə içmək olarmı?

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir və qadağa haramlığa dəlalət edir, yalnız onu haramlıq hökmündən çıxaran başqa dəlil olarsa o zaman hökm dəyişir.

Başqa rəvayətdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ayaq üstə içmişdir.

Belə ki, o (ona Allahın salavatı və salamı olsun) təvafı yekunlaşdırdıqdan sonra səy etmək üçün gedəndə zəmzəm suyu paylayanlara yaxınlaşıb onlardan bir qab su aldı və ayaq üstə içdi. Ona Allahın salavatı və salamı olsun ayaq üstə su içdi.

Bu dəlalət edir ki, qadağa haramlıq üçün deyil, müstəhəbliyə görədir. Ayaq üstə içmək məkruh sayılır. Məkruhluq isə ayaq üstə içməyə ehtiyac olanda hökmdən düşür. Məkruhluq ehtiyac halında hökmdən düşür.

Haramlıq isə yalnız zərurət halında hökmdən düşür.
Ondan fərqli olaraq məkruhluq ehtiyac halında hökmdən düşür.

Digər xəbərlər