Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Az da olsa sərmayə yatır – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Noyabr 28
20:13 2017
🎬

📥Yüklə (3.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın, məscidin inşası üçün kiçik bir məbləği vəqf etmək nə qədər doğrudur?

Cavab:
Xurmanın yarısı ilə də olsa, özünüzü Cəhənnəmdən qoruyun. İnsan az da olsa belə bir işdə iştirak edərsə, öz xeyir payını və böyük savabını əldə etmiş olar. Məscidlərin inşasına və təmirinə yardım etməyə görə savab, hər kəsin təqdim etdiyinin müqabilindədir. Çox edənin çox, az edənin də az savabı olur.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah yalnız gözəl olanı qəbul edir, kim gözəl qazancından bir xurma dəyərində sədəqə edərsə, Allah bunu sağ əli ilə qəbul edər. Siz dayçanızı bəslədiyiniz kimi, O da həmin sədəqəni dağ boyda olana qədər o adam üçün bəsləyər.” (Buxari: 1410).

Digər hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə deyir: “Yarım xurma ilə də olsa, özünüzü cəhənnəmdən qoruyun.” (Səhihdir. Sünən Daririmi: 1457).

Verdiyi sədəqənin az olmasına baxmasın, az ilə də olsa xeyirli işlərdə: məscid tikməkdə, məscidin köməkçi binalarının inşasında, məktəblərin tikintisində, kasıblar üçün sığınacaq evlərinin tikintisində xeyirxahlıq etsin.

Məqsəd odur ki, az da olsa sədəqə etsin.

Digər xəbərlər