BÖYÜK İSLAM ALİMLƏRİ MƏCLİSİNİN TERROR BARƏDƏ BƏYANATI – YENİ
1. 767 dəfə baxılıb
“Sələf Xəbər” alriyadh.com saytına istinadən Səudiyyə Ərəbistanının Böyük Alimlər Məclisinin terror və onun təhlükəsi haqqında bəyanatını təqdim edir.
Böyük Alimlər Məclisi bildirib ki, terror pis cinayət olub elə bir zülm və düşmənlilikdir ki, onu şəriət və fitrət hər bir forması və şəkli ilə inkar etməkdədir. İslam dininin prinsiplərinə uyğun olaraq, qayda-qanunları qorumaq üçün və əmr sahibinə qarşı çıxmağın haram olmasına görə o cinayəti törədən insan qadağanedici və çəkindirici cəzaları özünə haqq etmiş olur.
Bu bəyanatı ər-Riyad şəhərində toplanan 19/11/1435–ci il hicri tarixindən (19/09/2014-cü il) başlayaraq Məclisin səksəninci dövrəsində qeyd olunmuşdur. Bəyanatda deyilir:
Aləmlərin Rəbbinə həmd olsun. Gözəl sonluq Allahdan qorxanlar üçündür. Düşmənlik yalnız zalımlara qarşı olmalıdır. Allahın salavatı və salamı olsun qulu və rəsulu olan Peyğəmbərimiz Məhəmmədə onun əhli beytinə, səhabəsinə və Qiyamətə qədər onun yolunu tutub gedənlərə. Və sonra:
Həqiqətən, Böyük Alimlər Məclisi Riyad şəhərində baş tutan 19/11/1435–ci il hicri tarixindən başlayan səksəninci dövrəsində və əvvəlki dövrələrində də terrorun xətərindən, ondan çəkindirməkdən, ona səbəb olanın və kömək edənin günahı barəsində bəyanatlar verilmişdir. O bəyanatlardan biri də hicri 1431/4/27–ci ilin 239 nömrəli bəyanatıdır ki, o bəyanatda terror belə vəsf edilmişdir:
Terror fəsad törədərək sabitliyi pozmağı, insanları, yaşayış yerlərini, məktəbləri, xəstəxanaları, zavodları və körpülər kimi ümumi və xüsusi obyektləri və təyyarələri dağıtmağı, həmçinin də dövlətin sərvəti olan neft-qaz kəmərlərini ələ keçirərək şəriətin haram saydığı fəsad və xarabetmə əməlləri ilə məşğul olaraq cinayət törətməyi özünə hədəf tutmuşdur. Bu sifətlə olan terror aləmlərə rəhmət olaraq gələn bu böyük İslam dininin məqsədlərinə tamam ziddir. O din ki, həm bu dünyada həm də o dünyada insanların xeyri üçündür. İslam yer üzünü abadlaşdırmaq və yaşayış nizamını qoruyub saxlamaq üçün gəlmişdir. Yer üzünün saleh və xeyirli qalması orada yaşayanların saleh və xeyrli olması ilə mümkündür. Terrora qarşı olan bu böyük dinin xoşgörüşlü olması İslam şəriətinin ən bariz sifətlərindən və ən böyük məqsədlərindəndir. Necə ki, Allah Təala buyurmuşdur: “(Allah) bu dində sizin üçün heç bir çətinlik yaratmamışdır”. (Müqəddəs Quran, “Həcc” surəsi, 78-ci ayə).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allaha ən sevimli olan din xoşgörüşlü (sülhsevər) olan hənif (tovhid) dinidir”.
İslam şəriətinin bu böyük məqsədlərinin nurundan bu dinin əzəməti və kamilliyi aydın olur. Bütün varlıqları həlak edən radikallıq və terrorun isə İslama heç bir aidiyyəti yoxdur.
Məclis həmçinin iki müqəddəs məkanın xidmətçisi Kral Abdullah ibn Abdul Aziz əli Səudun (Allah onu qorusun) ərəb, İslam ümmətinə və bütün dövlətlər toplumuna yönəltdiyi sözünü də ərz etmişdir. Həmin sözün məzmunu budur ki, İslamın təmiz, pak və insani sifətini ləkələyən terrorun xətərindən bütün aləmi çəkindirərək xəbərdar etmiş və demişdir ki, terrorun müxtəlif formaları vardır. Fərq etməz. İstər camaat və qruplaşma formasında olsun istərsə də dövlətlər. Sonuncu imkanlarına niyyətlərinə və hiylələrinə görə daha xətərlidir.
Həmçinin o, dövlətlər toplumunu Fələstin əhlinə düşmənin etdiyi hücuma və kibirliliyə qarşı susmasını qınayaraq bunun məsuliyyətini onlara daşıtmış, pis nəticələrindən çəkindirmiş və terror cinayətlərinə susanların yaxın gələcəkdə özlərinin ilk olaraq o terrora qurban olacaqlarını qeyd etmişdir.
Həqiqətən terror İslam ümmətinin mənfəətlərini ən böyük xətərlərə sürükləyir. Terrorun cihaddan olduğunu iddia edən kəs cahil və yolun azmışdır. Onun Allah yolunda olan cihadla heç bir aidiyyəti yoxdur. İslam yolun azmış bu fikirdən uzaqdır. Hansı ki, bəzi ölkələrin başına qanlar axıtmağı, yaşayış yerlərini, minikləri, ümumi və xüsusi kommunal xətlərini partlatmağı gətirib çıxarmışdır. O məhz fəsad törətmək və elə bir cinayətdir ki, onu şəriət və fitrət imtina etməkdədir. Necə ki, Allah Təalanın ayəsində deyilir: “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 204-206-cı ayələr).
Bəzi camaatlardan məsələn; İşid, əl-Qaidə, Əhlul-haqq qruplaşması, Hizbullah, (Yəməndə olan) Husilər yaxud özünü İslama nisbət edərək cinayət əməllər ilə məşğul olan bəzi firqələrin və qruplaşmaların hamısının əməlləri cinayət və haram sayılır. Çünki, adı keçənlərin əməllərində bilinməsi zəruri olan və ehtiram ediləsi günahsız canlara, mal-mülklərə, əmin-amanlığa, sabitliyə, ev-eşiklərində rahat yaşayan insanların həyatlarına, yaşayışlarında ehtiyac duyulan ümumi mənfəətlərə təcavüz vardır. Allahın hüdudlarını aşmağa cürət edərək qullarına zülm etmək, müsəlmanları və onların arasında yaşayanları qorxutmaq necə də pis və çirkin bir cinayətdir. Vay olsun bu əməlləri törədənə Allahın əzabından, bəlasından və ona edilən qarğışlardan. Allahdan onu edənin iç üzünü açmasını və rüsvay etməsini istəyirik.
Yuxarıda yazılanların işığında Böyük Alimlər Məclisi aşağıdakı qərarları verir:
Birinci: Yuxarıda vəsf edilən terror pis bir cinayət sayılan elə bir zülm və düşmənçilikdir ki, onu şəriət və fitrət hər bir forması və şəkli ilə inkar etməkdədir. Şəriət əsaslarına uyğun olaraq, o şəriətin hökmranlığını qorumaq üçün və əmr sahibinə qarşı çıxmağın haram olmasına görə o cinayəti törədən insan qadağanedici və daşındırıcı cəzaları özünə haqq qazandırmış olur.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim itaətdən çıxaraq camaatdan ayrılar və (o halda) ölərsə cahiliyyət ölüsü kimi ölər. Kim kor koranə qaldırılmış bayraq altında döyüşərsə, qövmçülüyə görə qəzəblənərsə, qövmçülüyə çağırarsa və ya qövmçülüyə yardım edərək öldürülərsə cahiliyyat ölüsü kimi ölər. Kim mənim ümmətimə qarşı çıxaraq yaxşısını (iataətkarını) və günahkarını (pisini) vuraraq möminindən çəkinməzsə və əhd sahibinin əhdini yerinə yetirməzsə, o məndən deyil, mən də ondan deyiləm”. (Muslim).
İslam gənclərinə işlərə bəsirətlə baxmağı və fəsad törədən şüarların arxasınca getməməyi tövsiyə edirik. Belə şüarlar ümməti parçalamaq və fəsada sürükləmək üçün yüksəldilir. Həqiqətdə isə bu dindən deyil, əksinə cahillərin və haqsızların şübhələridir. Artıq şəriət qaynaqlarında bu əməlləri edənlərin cəzaları, o əməldən daşındırmanın və qadağanetmənin vacibliyi və hökm üçün məhkəməyə verilməyi qeyd olunmuşdur.
İkinci: Qeyd olunanları nəzərə alaraq həqiqətən də Böyük Alimlər Məclisi ölkənin (Allah onu İslamla gücləndirsin) İŞİD, əl-Qaidə, Husilər və Hizbullah adı ilə tanınan terror və digər belə şər qüvvələrdən ölkəni və camaatı onların şərindən qorumaq, fitnəni dəf etmək və birliyi qorumağa çağırır. Hamıya bu xətərli işi məhv etmək üçün köməkləşmək vacibdir. Çünki bu, Allah Təalanın bizi əmr etdiyi kimi yaxşılıq etmək və təqvalı olmaq üzərində köməkləşməkdəndir. Allah Təala buyurmuşdur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir”. (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə).
Məclis belələrini gizlətməkdən və sığınacaq verməkdən çəkindirir. Həqiqətən də belə etmək böyük günahlardan sayılır və ümumi olaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözünə daxil olur. “Allah fəsad törədənə sığınacaq verənə lənət etsin”. (Buxari, Muslim).
Bu hədisdə fəsad törədənin mənası; yer üzündə fəsad törədən deməkdir. Əgər bu şiddətli xəbərdarlıq onlara sığınacaq verən üçündürsə, onlara kömək edənin, dəstək verənlərin halı necə olacaqdır?!
Üçüncü: Məclis elm əhlinin boynuna düşən vacibi yerinə yetirərək haqqın aydın olması üçün bu təhlükəli işdə insanlara doğru yolu göstərməkdə çoxlu işlər görməyi tövsiyə edir.
Dördüncü: Məclis bu cinayəti icazəli görərək ona həvəsləndirməkdə varid olan fətva və rəyləri pisləyir. Belə etmək işlərin ən təhlükəlisi və ən pisidir. Heç bir halda icazəli deyildir ki, terror cinayətlərini hansısa səbəbə görə icazəli sayasan. Artıq Allah Təala elmsiz fətva verməyi qadağan edərək qullarını ondan çəkindirmiş və elə etməyin Şeytan işi olduğunu bəyan etmişdir.
Allah Təala buyurmuşdur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər”. (Müqəddəs Quran, “Bəqərə” surəsi, 168-169-cu ayələr).
Uca Allah həmçinin buyurmuşdur: “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı iftira atmış olursunuz. Şübhəsiz ki, Allaha qarşı iftira atanlar nicat tapmazlar. (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!” (Müqəddəs Quran, “Nəhl” surəsi, 116-117-ci ayələr).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim zəlalətə çağırarsa ona tabe olanın günahı qədər (zəlalətə çağırana) günah yazılar və onların günahından heç bir şey azalmaz”. (Muslim).
Əmr sahibini də öz növbəsində xalqa nəsihət olaraq və dini qorumaq üçün hansı vəsilə ilə olursa olsun belə terroru icazəli görən fətva və rəylər verən kəsi mühakiməyə çəksin. Allah Təala kimə də elm vermişdirsə batil sözlərdən çəkindirsin, onun fəsadlarını bəyan etsin və yalanlarını üzə çıxartsın. Heç kəsə sirr deyildir ki, belə etmək ən mühüm vacibatlardandır və Allah üçün, Kitabı üçün, Rəsulu üçün, müsəlmanların başçıları və onların rəiyyətləri üçün olan nəsihətdəndir. Əgər o fətvalarla məqsəd sabitliyin pozulması, fitnənin bəsləməkdirsə, o fətvaların təhlükəsi daha da böyük olar. Çünki onda təcrübəsiz gənclər, bu fətvaların həqiqətini bilmək üçün elmi olmayanlar, tutarsız dəlillərlə onları çaşdırmaq üçün hədəf edilmişdirlər. Bunların hamısı İslam dinində pis bir əməldir. Şəriətin hüdudlarını tanıyan, onun yüksək hədəflərini dərk edən və gözəl məqsədlərini bilən hər bir müsəlman belə əməllərə razı ola bilməz. (Elmsiz olub) özlərini elmə nisbət edənlərin etdikləri əməllər ümməti bölən ən böyük səbəblərdən və düşmənçiliyi yayan əməllərdəndir.
Beşinci: Əmr sahiblərinə vacibdir ki, dinə və alimlərə dil uzadanları, dini işlərə səhlənkar yanaşanları bu işdən çəkindirsinlər.
Altıncı: İslam dini cəm olmağı əmr edərək firqələrə və partiyalara bölünməyi qadağan etmişdir. Allah Təala buyurmuşdur: “Hamılıqla Allahın ipindən (dinindən, Qurandan) möhkəm yapışın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 103-cü ayə).
Uca Allah həmçinin buyurmuşdur: “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur”. (Müqəddəs Quran, “Ənam” surəsi, 159-cu ayə).
Allah Təala Rəsulunu (Allahın ona salavat və salamı olsun) dinlərini parçalayaraq partiyalara bölüb firqə olanlardan uzaq saymışdır. Bu da bölünməyin haram olduğuna dəlalət edir və böyük günahlardandır.
Camaatla birgə olmağın və müsəlmanların başçılarına Allahın itaəti çərçivəsində itaət etməyin vacibliyi artıq dində bilinməsi zəruri olan əməllərdəndir. Allah Təala demişdir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).
Əbu Hureyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: (Əmr sahibinə) yaxşı və pis anında, istəsən (sənə xoş olarsa) və ya istəməsən (xoş olmazsa), dünya nemətini sənə verməzsə belə, eşit və itaət et”. (Muslim).
Həmçinin Allahın Elçisi demişdir: “Kim mənə itaət edərsə artıq Allaha itaət etmiş olar. Kim əmirə itaət edərsə artıq mənə itaət etmiş olar. Kim əmirə asi olarsa artıq mənə asi olmuş olar”. (Buxari, Muslim).
Artıq səhabələrdən olan ümmətin sələfi və onlardan sonra gələnlər eşitməyin, itaətin və sözün bir olmasının üzərində yol tutmuşdurlar.
Bütün bunlara görə də Böyük Alimlər Məclisi çəkişmə və fitnə bölgələrinə getməyin haramlığında təkid edir və deyir ki, bu əmr sahibinə beyətdən çıxmaq sayılır. Eləcə də o kəsin etdiyinin aqibətindən və sonunun xoşa gəlməz bir şeyə düşməsindən çəkindirir.
Çəkişmə və fitnə bölgələrinə getməyi həvəsləndirənləri təqib etmək dövlətin boynundadır. Onlar zəlalət, təfriqə, dövlət başçısına asi olmağa və onlara qarşı çıxmağa çaxıran dəvətçilərdir ki, bu da böyük günahlardandır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Şər və fəsadlar olacaqdır. Bu ümmətin cəm olduğu halda işini bölmək istəyənin kim olursa olsun qılıncla boynunu vurun”. (Muslim).
Böyük Alimlər Məclisi bu bəyanı verərək Allahın müvəffəqiyyəti ilə batil yollardan, zəlalət, fitnə və təfriqə dəvətçilərinin təsirindən salamat qalmaları üçün hər bir kəsə bu doğru dindən yapışmağı, sələfi salehin və onlara yaxşı işlərdə tabe olanların fəhminə uyğun olaraq Kitab və Sünnəyə söykənən doğru yolla getməyi, yeni nəsli və gəncləri bu doğru yol üzərində tərbiyə etməyin vacibliyini tövsiyə edirik ki, qoy Allah Təala onlarla İslam ümmətinə fayda versin. Həqiqi elm daşıyanlar, Peyğəmbərlərin varisləri, xeyir, salehlik və hidayət əhlindən olsunlar. Həmçinin müsəlman ölkə başçılarının və alimlərin ətrafında durmağın vacibliyini təkid edir. Xüsusən də bu, fitnə zamanı olan belə zamanlarda daha da vacib sayılır. Həmçinin hakim və rəiyyət olan hər bir kəsi günahlardan və Allahın dinində səhlənkar olmaqdan çəkindiririk. Günahların aqibəti təhlükəlidir. Onların hər biriləri günahlarından çəkinsinlər, Allahın əmri üzərində yol tutsunlar, dinlərinin şüarlarını uca tutsunlar, yaxşı işləri əmr edərək pis işlərdən çəkindirsinlər…
Allah Təala ölkəmizi və bütün müsəlman ölkələrini hər bir pislikdən qorusun. Müsəlmanların sözünü haqq və doğru yol üzərində cəm etsin. Düşmənlərin hiylələrini öz başlarında çatlatsın. Pak və Nöqsansız olan Allah hər bir şeyi Eşidəndir və dualara Cavab verəndir. Allahın salavatı və salamı olsun Peyğəmbərimiz Məhəmmədə onun əhli beytinə, səhabəsinə və Qiyamətə qədər onun yolunu tutub gedənlərə.
Böyük Alimlər Məclisinin rəhbəri:
Abdul Aziz ibn Abdullah ibn Muhəmməd əli Şeyx
Məclisinin üzvləri:
Abdullah ibn Süleyman əl-Munii
Saleh ibn Muhəmməd əl-Luheydən
D/ Saleh ibn Fovzan əl-Fovzan
D/ Abdullah ibn Abdul Muhsin ət-Turki
D/Abdullah ibn Muhəmməd əli Şeyx
D/ Abdul Vahhab ibn İbrahim Əbu Süleyman
D/ Əhməd ibn Əli Seyr əl-Mubəraki
D/ Saleh ibn Abdullah ibn Humeyd
D/ Muhəmməd ibn Abdul Kərim əl-İsa
D/ Yaqub ibn Abdul Vahhab əl-Bəhuseyn
D/ Abdullah ibn Muhəmməd əl-Mutlaq
Abdullah ibn Muhəmməd əl-Xuneyn
Muhəmməd ibn Həsən əli Şeyx
D/ Abdul Kərim ibn Abdullah əl-Xudeyr
D/ Əli ibn Abbas ibn Osman Həkəmi
D/ Muhəmməd ibn Muhəmməd əl-Muxtar
D/ Qeys ibn Muhəmməd əli əş-Şeyx Mubərak
Abdur Rahmən ibn Abdul Aziz əl-Kulyə
D/ Sad ibn Turki əl-Xaslən
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb