Şeyx Saleh əl-Fovzan: “Bu məsələ ittifaqdır, fikir ayrılığı yoxdur” – VİDEO
3. 734 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Əmr sahibinə itaət etmək və zalım müsəlman rəhbərə qarşı çıxmağın haram olması ixtilaflı məsələdir?
Cavab: Xeyr, bu ixtilaf olan məsələlərdən deyil, bu yalandır. Əksinə bu məsələdə icma (ittifaq red.) vardır. İttifaq edilib ki, rəhbər zalım olsa da ona itaət edilməlidir. Əgər o dindən çıxmayıbsa, itaət olunur. Yalnız asilik olan işlərdə itaət edilmir. Asilikdə itaət yoxdur, amma zalım olduğu üçün rəhbərə qarşı çıxmaq olmaz, bu haramdır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Əgər belindən vursa və malını əlindən alsa, eşit və itaət et.”
Çünki belindən vurulub malının əlindən alınması özbaşınalığa və parçalanmaya nisbətdə daha az fəsadlıdır. Bu, iki zərərdən daha zərərli olanını dəf etmək üçün, az zərərliyə əməl etmək qaydasına uyğundur. Bu, islamda məlum qaydadır.