Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bunu bilsən zülm etməkdən qaçarsan – Şeyx Süleyman ər-Ruheyli

Mart 07
20:29 2017
🎬

📥Yüklə (24.3 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) çox dəyərli bir məsələ haqqında bizə xəbər vermişdir.

Uca Allah qiyamət günü insanları lüt-üryan, sünnət olunmamış və kimsəsiz (ərəb. Buhmən) həşr edəcəkdir.

Səhabələr dedilər, ey Allahın elçisi kimsəsiz (ərəb. Buhmən) nə deməkdir?

Yəni, lüt-üryan məlumdur. Bu libassız deməkdir.
Sünnət olunmamış sözü də məlumdur.

Bəs kimsəsiz (ərəb. Buhmən) sözünün mənası nə deməkdir?

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Özləri ilə heç nə olmayan” – deməkdir.

Qiyamət günü insan gələndə zəif olacaq, onun heç nəyi olmayacaq. Onun köməkçisi, mal-dövləti, ümumiyyətlə heç nəyi olmayacaq.

Sonra Allah hər kəsin eşidəcəyi səslə insanları çağırıb deyəcək: “Rəhbər Mənəm, haqq-hesaba çəkən Mənəm, cəhənnəm əhli olan heç kəs cənnət əhlindən öz haqqını almamış cəhənnəmə girən deyil. Mənim onun qisasını ondan alacağam. Cənnət əhli olan heç kəs cəhənnəm əhlindən öz haqqını almamış cənnətə girən deyil. Mənim onun qisasını ondan alacağam. Hətta bu haqq bir sillə olsa da alacağam.”

SƏHABƏLƏR DEDİLƏR: BU NECƏ OLUR EY ALLAHIN ELÇİSİ?! Biz axı lüt-üryan, sünnət olunmamış, kimsəsiz halda gələcəyik.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Savab və günah prinsipi ilə.”

Allahu əkbər. Hətta cəhənnəmə düşəcək insana görə, cənnətlik adamdan qisas alınacaq. UCA ALLAH CƏHƏNNƏMLİK ADAMIN CƏNNƏTLİK ADAMDAN QİSASINI ALMAYINCA HƏMİN ADAM CƏHƏNNƏMƏ GİRƏN DEYİL.

CƏNNƏTLİK ADAM DA CƏHƏNNƏMLİK ADAMDAN QİSASINI ALMAYINCA CƏNNƏTƏ GİRƏN DEYİL.

MÖMİNLƏRİN HAQQINA GİRMƏK NECƏDİR?! HEÇ ŞÜBHƏSİZ Kİ, BU DAHA BÖYÜK MƏSULİYYƏTDİR.

Digər xəbərlər