Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cadunu açmaq üçün falçının yanına getmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Noyabr 30
21:00 2017
🎬

📥Yüklə (9.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sehrbaz, cadugər və falçılara müraciət etmək və onları təsdiqləmək olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim falçıya gedər və ondan nə isə soruşarsa, onun qırx günlük namazı qəbul olunmaz.” (Muslim rəvayət etmişdir).

Falçı, baş verəcək hadisələri kahinlik yolu ilə əvvəlcədən bildiyini iddia edən kimsədir. Kahin isə cinlərlə əlaqə quran kimsədir. Belə ki, cinlərdən olan dostu ona uzaqda və ya yaxında olan insanların danışdıqları sözləri eşidib gələcək haqda ona bəzi məlumatları ötürür. Yaxud cin səmada danışılan sözləri (Mələklərin söhbətlərini) eşidib, onu kahinə, cadugərə çatdırır. Bu kimi adamların yanına gedib nə isə soruşmaq, dediklərini təsdiqləmək OLMAZ!!!

Cadugərlər də insanlara zərər vuran işlərlə məşğul olurlar. Cadu var və həqiqətdir. Bəzi cadular isə sadəcə xəyaldan başqa bir şey deyil. Elə cadu vardır ki, insanı ölümə sürükləyir, xəstəliyə düçar edir, ər ilə arvadı ayırır.

Cadugər və falçılardan nə isə soruşmaq, dediklərini təsdiqləmək, onların yanında müalicə olunmaq OLMAZ!!!

Xəstəliyi əvvəla həkimlərə müraciət etməklə müalicə etmək lazımdır. Yaxud özün Quran oxumaqla, ya da sehr ayələrinin sənin üçün oxunması və sənə üfürülməsi ilə müalicə etməlisən. Yaxud, (Quran ayələri oxunmuş) suyu içmək, bədəninə sürtməklə müalicə edə bilərsən.

Cadugər və falçıların yanına getmək, onları təsdiqləmək isə QƏTİ OLMAZ.
Əgər belə bir iş etmisənsə Allaha tövbə et. Sən icazə verilən çarələrdən, icazəli tibbdən istifadə et.

Müalicə kimi sən özünün oxuduğun, yaxud əqidəsində salamat olan xeyirxah bir qardaşının ruqyə oxuduğu su ilə, yaxud Fatihə, ayətəl kursi, qulhuvallah, fələq, nəs surələrini, Əraf, Yunus və Taha surəsindəki sehr ayələrini suya oxuyub həmin suyu iç və qalanını bədəninə səp. Bu, Allahın izni ilə baş verə biləcək cadunun qarşısını alır. Bu suya sidr ağacının yeddi yarpağını əzib ovulmuş halda da əlavə etmək olar. Bu, icazəli təbabət və müalicə üsuludur. Bu, cadu edilmiş, arvadına yaxınlıqdan məhrum olmuş adamlar üzərində sınaqdan keçmiş və fayda vermiş üsuldur.

Demək Fatihə, ayətəl kursi, Əraf (117-119 cu ayələr), Yunus (79-82 ci ayələr) və Taha (65-69 cu ayələr) surələrindəki sehr ayələrini, Kəfirun, Qulhuvallahu əhəd, Nas və Fələq surələrini suya oxuyur, istər sidr qatsın, istər qatmasın, sonra həmin suyu içsin və cadu olunmuş, arvadından məhrum edilmiş adam (həmin suyun bir hissəsini) öz üzərinə səpsin. Allahın izni ilə şəfa tapacaqdır.

Suya oxuyarkən üfürə-üfürə bu duanı da üç dəfə oxuyarsa yaxşı olar: “Allahummə rabbən nəs, əzhibil bəs, vəşfi əntəş şəfi, lə şifəə illə şifəukə, şifəən lə yuğadiru səqamən.”
Bu, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih sənədlə rəvayət olunmuş duadır.

Həmçinin bu duanı da üç dəfə oxuya bilər: “Bismilləhu urqikə min kulli şeyin yuzikə, və min şərri kulli nəfsin, ov aynin həsidin, Allahu yəşfikə bismilləhi urqikə.”
Əgər suya bu duaları da oxuyub üfürərsə, inşəllah şəfa üçün səbəb olar.

Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və şəriətin müalicə üsuludur.
Birinci dua: “Allahummə rabbən nəs, əzhibil bəs, vəşfi əntəş şəfi, lə şifəə illə şifəukə, şifəən lə yuğadiru səqamən.”
(Tərcüməsi: (İnsanların rəbbi Allahım! Xəstəliyin şiddətini apar. Şəfa verən Sənsən bu xəstəyə də şəfa ver, həqiqətən bizə Səndən başqa şəfa verən yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmaz.)

İkinci dua: “Bismilləhu urqikə min kulli şeyin yuzikə, və min şərri kulli nəfsin, ov aynin həsidin, Allahu yəşfikə bismilləhi urqikə.”
(Tərcüməsi: (Allahın adı ilə səni, sənə əziyyət verən hər şeydən, nəfslərin və ya həsəd aparan hər gözün şərrindən ovsun edirəm. Allah sənə şəfa versin. Allahın adı ilə səni ovsun edirəm.)

Bu dualar üç dəfə deyilir. Allahın izni ilə fayda verən dualardır.

Bununla yanaşı insan Allaha dua etməli və Rəbbindən istəməlidir ki, ona şəfa versin. Səcdədə, təhiyyat duasının sonunda, azan və iqamə arasında, gecənin sonunda, ümumiyyətlə hər bir vaxt Allaha dua edib, yalvarıb xəstəliyindən şəfa istəməli, başına gələnlərin götürülməsi üçün yalvarmalıdır. Allah Ona dua edənləri sevir. Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizin duanızı qəbul edim!”

Allah sizi xeyirlə mükafatlandırsın.

Sələf Xəbər:

Cadunu açmaq üçün şərii ovsunlar

Uca Allahın yaratdığı həyata nəzər saldıqda görürük ki, imtahan olunmaq yaradılış qanunlarından biridir. Uca Allah buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (əl-Bəqərə: 155).

Əməlisaleh insanların imtahandan xilas olduğunu zənn edənlər səhv edirlər. Əksinə, imtahan olunmaq imanın əlamətlərindəndir. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) “ən şiddətli imtahan olunan kimlərdir?” — deyə soruşduqda belə demişdi: “Peyğəmbərlər, əməlisalehlər, sonra dərəcəsinə görə onlara yaxın olan insanlar. İnsan dininə görə imtahan olunur. O, dinində möhkəm olduqca imtahanı da çoxalar. Dinində zəif olarsa, imtahanı da zəif olar.”

Deyilən imtahan Allahın bəndəsinə olan məhəbbətindən irəli gəlir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah bir toplumu sevərsə, onları imtahan edər”. (Əhməd və Tirmizi). Allahın bəndəsi üçün xeyir istəməsinin əlamətlərindən biri budur.

Demək, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah bəndəsi üçün xeyir istədikdə onun cəzasını dünyada tezləşdirər. Bir bəndəsi üçün şər istədikdə onun günahının cəzasını gecikdirib qiyamət gününə saxlayar” (Tirmizi).

İmtahan az olsa, yenə də günahların bağışlanması deməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ağac yarpaqlarını tökdüyü kimi, hər müsəlmanın bədəninə batmış bir tikan və ya bundan artığı da onun günahlarını tökər” (Buxari və Müslim).

Elə buna görə, demək olar ki, imtahana çəkilmiş müsəlman əməlisalehdirsə, imtahanı onun keçmiş günahlarının bağışlanması, yaxud dərəcəsinin yüksəlməsidir. Əgər imtahan olunan insan günahkardırsa, imtahanı onun günahının bağışlanması və günahların təhlükəsi barədə xəbərdarlıqdır. Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar.” (ər-Rum: 41).

İmtahanlar müxtəlifdir:

Xeyirli imtahan; buna mal-dövlətin çoxalmasını misal çəkmək olar. Şərli imtahan; buna isə qorxunu, aclığı və müflisliyi misal çəkmək olar. Uca Allah buyurur: “Biz sizi şər və xeyirlə imtahana çəkərik…” (əl-Ənbiya: 35). Şər imtahana digər misal olaraq xəstəlik və ölümü göstərmək olar. Bunların baş verməsinə ən çox gözdəymə və həsəddən irəli gələn sehrdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ümmətimin əksəriyyəti Allahın qəza və qədərindən savayı gözdəymə ilə öləcəkdir” (Buxari).

Qorunma yolları:

Biz gözdəymə və sehr olunmadan öncə onlardan qorunmağın yollarını bilməli və əməl etməliyik. Çünki qorunmaq müalicədən daha yaxşıdır. Qorunma bir çox şeylərlə ola bilər:

  • Nəfsini (özünüidarəetməni) tövhid inancı ilə gücləndirmək. Kainatı idarə edənin tək Allah olduğuna iman gətirmək, yaxşı əməlləri çoxaltmaq.
  • Allaha qarşı yaxşı zəndə olmaq və Ona təvəkkül etmək. Hər hansı səbəbdə xəstəlik və ya gözdəymə olduğunu zənn etməsin. Çünki belə zəndə olmağın özü bir xəstəlikdir .(Həkimlər deyirlər ki, əzalarda baş verən xəstəliklərin üçdə ikisindən çoxu əslində xəstəliyin olmadığı halda xəstələndiyini güman etməkdən irəli gəlir. )
  • Əgər bir insanın gözünün iti, yaxud sehrbaz olduğu deyilirsə, qorxudan deyil, səbəblərdən istifadə etmək baxımından ondan çəkinmək lazımdır.
  • Başqasında xoşuna gələn bir şeyi gördükdə Allahı zikr etmək və bərəkət diləmək lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Biriniz özündə, mal-dövlətində, yaxud qardaşında sevdiyi bir şeyi görərsə, onun üçün bərəkət diləsin. Həqiqətən gözdəymə haqdır” (Əhməd və Hakim). Bərəkət diləmək “Allah bərəkət versin!” — ifadəsini deməkdir.
  • Sehrdən qorunmağın yollarından biri səhər-səhər yeddi ədəd Mədinə şəhərində yetişən “əcva” xurmasından yemək.
  • Allaha pənah aparmaq, təvəkkül etmək, Onun haqqında yaxşı zəndə olmaq, göz və sehrdən Ona sığınmaq, səhər və axşam oxunan zikrləri daim etmək . Allahın izni ilə bu zikrlərin az və ya çox təsiri olur. Bunun isə iki səbəbi vardır: 1. Zikrlərin haqq və doğru, Allahın izni ilə faydalı olduğuna iman gətirmək. 2. Dili ilə onları tələffüz etməli, qulaq və qəlbi ilə dinləməlidir. Çünki bunun özü bir duadır. Qafil və məşğul qəlbdən edilən dua qəbul olunmaz. Bu haqda Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih hədislər rəvayət olunmuşdur.

Zikrlərin vaxtı:

Səhər zikrləri sübh, axşam zikrləri isə əsr namazından sonra oxunur. Əgər müsəlman bu zikrləri unudarsa, yadına düşən kimi oxumalıdır.

Göz və ya başqa təsirlərə məruz qalmağın əlamətləri:

Şərii ovsunlarla təbabət arasında heç bir ziddiyyət yoxdur. Quranda orqanik və ruhi xəstəliklər üçün müalicə vardır. Əgər insan orqanizm baxımından sağlamdırsa, bu əlamətlər özünü aşağıdakı xəstəliklərlə biruzə verir: daimi başağrısı, üzdə sarılıq, çoxlu tərləmə və kiçik subaşına çıxma, iştahanın zəifliyi, ətraflarda gicilti, istilik və ya soyuqluğun olması, ürəyin sıxılması, belin və kürəklərin aşağı nahiyəsində gəzən ağrıları, köksündə kədər və sıxıntının olması, gecələr yuxusuzluq, qeyri-təbii qorxu və əsəb hissiyatları, çoxlu gəyirmə, iç çəkmə, tənhalığı sevmək, tənbəllik və halsızlıq, çox yatmağa meyillilik və təbabətdə müalicəsi olmayan digər xəstəliklər. Xəstəliyin güclü və ya zəif olmasından asılı olaraq, bu əlamətlərin hamısı və ya bəzisi ola bilər.

 

DİQQƏT!!! Müsəlman güclü iman və güclü qəlbə sahib olmalıdır. . Onun qəlbinə vəsvəsələr daxil olmamalıdır.Yuxarıda sadalanan əlamətlərdən birini hiss edən kimi özünün xəstələndiyini zənn etməməlidir. Çünki belə bədbin zənn etməyin müalicəsi çox çətindir.Yuxarıda deyilən əlamətlər təmamən sağlam olan insanlarda ola bilər. Həmçinin bunun səbəbi orqanik xəstəliklər də ola bilər. Yaxud köksün sıxılmasına, kədərə və halsızlığa iman zəifliyi də səbəb ola bilər. Bu halda bəndə, Allah ilə olan əlaqəsinə yenidən nəzər salmalıdır.

Xəstəlik gözdəyməyə görədirsə, Allahın izni ilə bunun müalicəsi iki şeydən biri ilə olur:

(Gözdəymə Allahın izni ilə gözdəyməyə məruz qalan adama cinlər tərəfindən verilən əziyyətdir. Səbəb isə gözü dəyən adamın gözdəyməyə məruz qalana heyran olması və bu zaman şeytanların gəlib (namaz, zikr və bu kimi başqa) heç bir maneəyə rastlamamasıdır. Buna Buxarinin rəvayət etdiyi “Gözdəymə haqdır” hədisi şahidlik edir. Digər rəvayətdə isə deyilir: “Bu zaman şeytan və adəm oğlunun həsədi bir arata gəlir”. (Əhməd rəvayət etmişdir. Heysəmi hədisin səhih olduğunu demişdir.) Gözdəymənin bu adla adlandırılmasına səbəb gözün vəsfedici vasitə olmasına görədir. Bu heç də gözün öz-özlüyündə təsir etməsi anlamına gəlməməlidir. Çünki bəzi hallarda kor insanın da başqasına gözü dəyir. Halbuki o, gözü ilə həmin adamı görmür.)

1.Əgər gözü dəyən adamın şəxsiyyəti məlumdursa, ondan çimməsini tələb edirsən. Sonra onun çimdiyi suyu, yaxud bir hissəsini götürüb onunla çimirsən.
2.Əgər gözü dəyən insanın şəxsiyyəti məlum deyilsə, o zaman müalicə şəriətin dediyi ovsun (ruqyə), dua və qan aldırma (ehticam) ilə olur.

Əgər xəstəlik sehrə görədirsə, o zaman müalicə Allahın izni ilə aşağıdakı vasitələrlə olur: 
(Sehr: Düyünlərdən, oxunan ovsun və sözlərdən, yaxud sehr olunan insanın birbaşa bədəninə, qəlbinə və ya ağlına təsir edən əməldir. Sehrin həqiqi təsiri mövcuddur. Sehr insanı öldürə və ya xəstələndirə bilər. Bəzi hallarda sehr insanı öz yoldaşına cinsi yaxınlıqdan məhrum edir. Bəzən isə onları ayırır. Sehr şirk, küfr və ya böyük günah dərəcəsində olur.)

1.Sehrin olduğu yeri bilmək: Əgər sehirin qoyulduğu yeri bilərsə, “Fələq” və “Nas” surələrini oxuya-oxuya sehri açmalı və yandırmalıdır.
2.Şərii ovsunlar: Ovsunlar Quran ayələrindən, ələlxüsus “Fələq”, “Nas”, “Bəqərə” surələri və aşağıda qeyd edəcəyimiz dualarla olur.
3.Sehri açmaq: Bu iki yolla ola bilər: A. Haram yolla. Bu, sehri sehrlə açmaq, bunu açmaq üçün sehrbazların yanına getmək. B. İcazəli yolla: Bunu sidr ağacının yeddi ədəd yarpağını götürüb döyüb əzir, sonra onun üzərinə üç dəfə “əl-Kəfirun”, “əl-İxlas”, “əl-Fələq” və “ən-Nas” surələrini oxuyur və onu suya tökür. Bundan sonra həmin sudan içir və su ilə çimir. Bunu Allahın istəyi ilə sağalana qədər davam etdirir. (Əbdürrəzzaq “əl-Müsənnəf” kitabında rəvayət etmişdir).
4.Sehri çıxartmaq: Əgər sehr bətndədirsə, qusaraq, qandadırsa, qan aldırmaqla (hicamə ilə) çıxartmaq olar.
(Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizin üçün ən yaxşı müalicə üsulu qan aldırmaqdır.” Uca Allah bu müalicə üsulu ilə əksər orqanik xəstəliklərə, xərçəng xəstəliyi kimi, göz və sehr xəstəliklərinə şəfa vermişdir. Bunlar hamısı reallıqdır.)

Ovsun etmək: Şərtləri: 
1. Ovsun Allahın ad və sifətləri ilə olmalıdır.
2. Ovsun ərəb və ya digər başa düşülən dildə olmalıdır.
3. Ovsunun öz-özlüyündə şəfa vermədiyini, şəfanı Allahın verdiyini etiqad etmək lazımdır.

Ovsun edən adamda bu şərtlər tamamlanmalıdır: 
1. Müsəlman və əməlisaleh müttəqi olması müstəhəbdir. Ovsun edən nə qədər çox təqvalı olarsa, bir o qədər təsiri güclü olar.
2. Ovsun edən zaman sidq ürəklə Allaha yönəlməlidir. Yəni qəlbi və dili ilə bağlanmalıdır. İnsanın öz-özünü ovsun etməsi daha yaxşıdır. Çünki əksər hallarda kənar adamın ürəyi başqa şeylərə bağlanır. Nə qədər olsa, yenə də heç kəs bu ağrıları və möhtaclığı onun özü kimi dərk edə bilməz. Uca Allah da möhtaclara yardım etməyi vəd etmişdir

Ovsun olunan adamda bu şərtlər tamamlanmalıdır: 
1. Mömin və əməlisaleh olması müstəhəbdir. İnsanın imanı nə qədər çox olarsa, ovsunun da bir o qədər təsiri çox olar. Uca Allah buyurur: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.” (əl-İsra: 82).
2. Allahın ona şəfa verəcəyinə sidq ürəklə ümid bəsləmək.
3. Ovsundan sonra şəfa tapmaq üçün tələsməmək. Çünki ovsun etməyin özü bir duadır. Əgər tez qəbul olmağı üçün tələsərsə, duası əsla qəbul olmaya bilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim “dua etdim amma duam qəbul olunmadı” deməsə, onun duası məqbul olar.” (Buxari və Müslim).

Ovsun etməyin bir çox yolları var: 
1. Ovsunu yüngül nəfəs üfürərək, yəni azacıq tüpürcək çıxan kimi oxumaq.
2. Ovsunu adi qaydada, nəfəs üfürmədən oxumaq.
3. Ağız suyunu barmağı ilə götürüb, torpaq ilə qatmaq, sonra ağrıyan yerə çəkmək.
4. Ağrıyan yerə əl sürtə-sürtə ovsun oxumaq.

Xəstəni ovsun etmək üçün oxunan ayə və hədislər:
Ayələr:

əl-Fatihə surəsu, Kürsü (əl-Bəqərə 255) ayəsi, əl-Bəqərə surəsnin son iki ayəsi və bu ayələr:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali İmran: 190-191).

“Biz də Musaya: “Əsanı tulla!” — deyə vəhy etdik. Elə bu an əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Onlar orada məğlub edildilər və xar olaraq geri döndülər.” (Əraf: 117-119).

“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?” (Nisa: 54).

“Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.” (Şuəra: 80)

“möminlərin ürəklərini fərəhləndirir.” (Tövbə: 14).

“Onlar dedilər: “Ya Musa! Ya sən tulla, ya da biz birinci tullayaq! O dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Onların sehri üzündən birdən elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür. Musanın canına qorxu düşdü. Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” (Taha: 65-69).

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.” (əl-İsra: 82).

“O, iman gətirənlərə hidayətdir və şəfadır.” (Fussilət: 44).

“Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” (əl-Həşr: 21)

“Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!” (əl-Mülk: 3).

“Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: “O, divanədir!” — deyirlər.” (Nun: 51).

“Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi,” (ət-Tövbə: 26).

“And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. Onların ürəklərində olanı bildi, onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.” (əl-Fəth: 18)

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur.” (əl-Fəth: 4)

Həmçinin “Kəfirun”, “İxlas”, “Fələq” və “Nas” surələrini də oxumaq lazımdır.

Hədislər:

“أَسْأَلُ اللهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ”
Yeddi dəfə: «Əsəlu-l-lahə-l-azım rabbə-l-arşi-l-azım ən yəşfiyəkə»
(Əzəmətli ərşin Rəbbi, Əzə¬mətli Allaha yalvarıram ki, sənə şəfa versin).

“أُعِيذُك بِكَلِمَاتِ اللهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ”
İki dəfə: «Uizukə bikəliməti-l-ləhi-t-təmməti min kulli şeytanin va həmmətin va min kulli aynin ləmmə»
(Sizin hər bir şeytan və həşəratın şərindən, hər bir pis gözdən qorunmanızı Allahın tam kəlamlarını ilə Ona pənah aparıram).

“ألَّلهُمَّ رَبَّ النَّاسِ أذْهِبِ البَأسَ إشْفِ أنْتَ الشَّافيِ لاَ شِفَاءَ إلا شِفَاؤُكَ شِفَاءٌ لا يُغَادِرُ سَقَمًا”
Allahummə Rabbən nəs əzhibil bəsə, işfi əntə-ş-şəfi, lə şifəə illə şifəukə, şifəun lə yuğadiru saqəmən.
Üç dəfə: İnsanların rəbbi Allahım! Xəstəliyin şiddətini apar. Şəfa verən Sənsən bu xəstəyə də şəfa ver, həqiqətən bizə Səndən başqa şəfa verən yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmaz”.

“اللهم اذهب عنه حرها و بردها و وصبها”
Bir dəfə: “Allahummə əzhib anhu hərrahə və bardəhə və vasbəhə”.
“Allahım ondan xəstəliyin hərarətini, soyuqluğunu və ağrısını apar”.

“حَسْبِىَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ”
Yeddi dəfə: «Hasbiyə-l-lahu lə iləhə illə huva, aleyhi təvakkəltu va huva rabbu-l-arşı-l-azım»
(Allahı mənim üçün kifayətdir. Ondan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Ona arxalandım. O, uca ərşin Rəbbidir).

“بِاسْمِ اللَّهِ أَرْقِيكَ مِنْ كُلِّ شَىْءٍ يُؤْذِيكَ مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ اللَّهُ يَشْفِيكَ بِاسْمِ اللَّهِ أَرْقِيكَ”
Üç dəfə: “Bismilləhi urqikə min kulli şəyin yuzikə, min şərri kulli nəfsin ov aynin həsidin. Allahu yəşfikə bismilləhi urqikə”.
“Allahın adı ilə səni, sənə əziyyət verən hər şeydən, nəfslərin və ya həsəd aparan hər gözün şərrindən ovsun edirəm. Allah sənə şəfa versin. Allahın adı ilə səni ovsun edirəm”.
Əlini ağrıyan yerin üstünə qoyub, üç dəfə “Bismilləh”, yeddi dəfə isə bunu deyirsən:

“أعوذ بعزة الله و قدرته من شر ما أجد و أحاذر ”
“Əuzu biizzətilləhi və qudrətihi min şərri mə əcidu və uhaziru”.
“Allahın izzət və qüdrəti ilə çəkdiyim və çəkəcəyim xəstəliklərin şərrindən Allaha sığınıram”.

Qeydlər:
1.Gözü dəyən adamın idrarını içmək, yaxud öldükdə gözünün təsirinin itdiyinə və s. bu kimi xurafatlara inanmaq olmaz.

2.Gözdəymədən qorunmaq üçün dəri və ya kağız üzərinə yazılmış dua, boyunbağı və qolbaq taxmaq olmaz. Bunlar qadağan olunmuş “təmimə”dir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  demişdir: “Kim gözdən qorunmaq üçün bir şey taxarsa, taxdığına bağlanar” (Tirmizi). Əgər bu kimi dualar Quran ayələrindən olarsa, bunun taxılmasında ixtilaf vardır. Hər halda bu kimi şeyləri taxmamaq daha yaxşıdır.

3.Maşallah, təbarəkəllah yazılarını yazmaq, qılınc, bıçaq və ya göz şəkli çəkmək, maşında Quran saxlamaq, evlərdə bəzi ayələri divardan asmaq kimi şeylərin heç bir gözdəymədən qorumur. Bu, bəzi hallarda haram olunmuş təmimə ola bilər.

4.Xəstə insan etdiyi duaların qəbul olunacağına yəqin olmalı, tez şəfa tapmaq üçün narazılıq etməməlidir. Əgər ona, bu xəstəliyə görə həyatın boyu dərman qəbul etməlisən — deyilsə, narazılıq etməz, amma ovsun uzun müddət oxunarsa, narazılıq edər. Halbuki oxuduğu hər bir hərfə görə savab qazanır. Hər savab isə on mislində artırılır. Xəstə insan dua etməli, bağışlanma diləməli, çoxlu sədəqə verməlidir. Şəfa tapmaq üçün sədəqə gözəl vasitədir.

5.Toplum şəkilində qiraət etmək sünnəyə müxalifdir. Təsiri də zəifdir. Həmçinin maqnitofonla dinləmək də düzgün deyil. Çünki bu halda oxuyanın niyyətini dəyişmək olmur. Halbuki ovsun edənin ovsuna niyyət etməsi şərtdir. Maqnitofonda dinləmək yaxşı təsir edə bilər. Şəfa tapana qədər ovsunu təkrar etmək sünnədir. Əgər yorulursa, həvəsdən düşməmək üçün az-az oxuya bilər. Hər hansı ayəni və ya duanı şəriətdə deyiləndən başqa müəyyən sayda təkrarlamaq düzgün deyil.

6.Ovsun oxuyanın Quranla deyil, sehr-cadu ilə ovsun etməsini aşkarlayan bir sıra əlamətlər vardır. Onun özünü dindar kimi göstərməsi, sözünü Quran ayələri ilə başlaması səni aldatmasın. Çünki bundan dərhal sonra sehrlə müalicəyə keçəcəkdir. Onlar insanları aldatmaq üçün məscidlərdə ibadət edər, sənin yanında Allahı çox zikr edə bilər. Amma bunlar səni aldatmamalıdır. Diqqətli ol!!!

Sehrbaz və cadugərlərin əlamətlərindən bunları demək olar:
•Xəstənin adını, atasının və ya anasının adını soruşmaq. Çünki əslində adı bilib-bilməmək müalicəyə təsir etmir.
•Xəstənin öz paltarlarından gətirməsini tələb etmək.
•Cinlər üçün kəsməkdən ötrü xəstədən müəyyən vəsfli heyvan gətirməyi tələb etmək, yaxud onun qanından xəstəyə sürtmək.
•Başa düşülməyən və ya mənası olmayan tilsimlər yazmaq.
•Xəstəyə içərisində kvadrat, hərflər, rəqəmlər yazılan vərəq vermək.
•Xəstəyə müəyyən müddət insanlardan uzaq olmağı, qaranlıq otaqda tənha qalmağı tövsiyə etmək.
•Xəstəyə müəyyən müddətdə sudan istifadə etməməyi demək.
•Xəstəyə torpağa basdırmaq, yandırıb tüstüsündə dayanmaq üçün nə isə vermək.
•Xəstəyə heç kəsin bilmədiyi xüsusiyyətləri barədə xəbər vermək. Yaxud xəstə danışmadan öncə onun adını, yaşadığı yeri, xəstəliyini söyləmək.
•Xəstə yanına daxil olan kimi, yaxud telefonda danışanda və ya poçt vasitəsi ilə ona diaqnoz qoymaq.

7.Əhli sünnə məzhəbinə görə, cin insana toxuna bilər. Uca Allah buyurur: “Sələm yeyənlər qəbirlərindən ancaq Şeytan toxunmuş kimi qalxarlar.” (əl-Bəqərə: 275). Təfsir alimlərinin yekdil rəyinə görə, ayədəki toxunma cinin insana toxunması nəticəsində ortaya çıxan şeytani dəlilikdir.

Faydalı məlumat: Həsəd, başqasında olan nemətin itməsini arzulamaqdır. Elə gözdəymə də çox vaxt bundan olur. Həsəd ən böyük günahlardan hesab olunur. Hətta günahların əsası da budur. Çünki Allaha qarşı edilən ilk günah həsəd olmuşdur. İblis Adəmə həsəd aparıb, ona səcdə etməkdən imtina etdi. Qabil də qardaşını bu səbəbdən öldürdü.

Həsədin müalicəsi: 
•Bu günahın nə qədər böyük olduğunu dərk etmək. Od odunları necə kül edirsə, bu günah da insanın savablarını məhv edir. Bu haqda hədislərdə deyilmişdir.
•Allahın səndən başqasına bəxş etdiyi nemətlər Onun qəza-qədəri və hikməti ilə verilmişdir. Bununla razı olmamaq, Allaha etiraz etmək, qəza və qədərə imanın zəif olması deməkdir.
•Başqasında xoşuna gələn bir şeyi gördükdə sənin “MəşəAllah”, “Barəkəllahu ləkə” kimi dediyin sözlər sənin paklığından xəbər verir.
•Həsəddən əl çəkməyin nə qədər savablı olduğunu dərk etmək. Kim başqasına qarşı qəlbində həsəd olmadan ölərsə, böyük savaba nail olar. Bu xüsusiyyətinə görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir nəfər səhabəni cənnətlə müjdələmişdi. Abdullah ibn Amr (Allah ondan razı olsun) bir gecə həmin adamın yanında gecələmiş və onun cənnətlə müjdələnməsinin buna görə olduğuna əmin olmuşdu.

Digər xəbərlər