Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cadunu cadu ilə açmaq – Şeyx Xalid bin Dahavi əz-Zafiri

Mart 29
20:00 2017
🎬

📥Yüklə (6.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Allahın bəndələri, Uca Allaha və axirət gününə iman gətirən bir müsəlmanın cadugərin (ekstrasens) yanına getməsi halal deyildir.

Hətta ona edilmiş cadunu açdırmaq üçün də getməsi qadağandır. Cadunu cadu ilə açmaq şəriət ilə haramdır.

Heç bir halda cadugərin yanına getmək olmaz.

Cadugərin yanına gedən insan əslində dinini satmış kimidir. Cadugər isə onun yanına gələnlərə şeytanlara qurban verməyi tələb etdikdən sonra onları yaxın buraxır. Bu qurban növləri müxtəlif ola bilər. Məsələn qurban olaraq heyvanı, yaxud hansısa toyuğu Allahın adını çəkmədən, yəni “bismilləh” demədən kəsməyi tələb edər.

Ola bilər kəsməyi müəyyən yerdə etməyi də tövsiyə etsin. Həmçinin ona kəsdiyi qurbanın qanı ilə müəyyən yerləri: evini və s. qana bulamağı məsləhət görsün.

Ey Allahın qulları bütün bunlar Allaha şərik qoşmaq və dinimizdə haram edilmiş əməllərdəndir. Uca Allah öz dinində bundan çəkindirmiş, belə əməldən uzaq durmağın vacibliyini bildirmişdir.

Bu xüsusda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Yeddi məhvedici günahdan çəkinin…” onlardan biri də, sehr-cadudur.

Digər xəbərlər