Cənazə namazı necə qılınır? – Şeyx Zeyd bin Muhəmməd Hədi əl-Mədxəli
4. 172 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Cənazə namazı alimlərin yekdil fikirlə qəbul etdikləri məlum qaydada qılınır. Bu namaz dörd təkbirdən (Allahu əkbər) ibarətdir.
Birinci “Allahu Əkbər” sözündən sonra əl-Fatihə surəsi oxunur. İstiftah duası (subhanəkə Allahummə və bihəmdikə…) isə oxunmur.
Sonra ikinci təkbiri edir və İbrahim salavatını (Allahummə salli alə Muhəmməd va alə ali Muhəmməd…) sona qədər oxuyur.
Sonra üçüncü təkbiri edir və hədislərdə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan dualarla ölən üçün dua oxuyur. Bu dualardan məsələn: “Allahumməğfir lihəyyinə və məyyitinə və sağirinə və kəbirinə və zəkərinə və unsənə və şəhidinə və ğaibinə” (tərcüməsi: Allahım dirilərimizə, ölülərimizə, kiçiklərimizə, böyüklərimizə, qadınlarımıza, kişilərimizə, burada olanlara və olmayanlara məğfirət et),
sonra ölənin sabitqədəm olması və mələklərin (sorğu-sualı) qarşısında danışa bilməsi üçün ilham almasına görə dua edilir.
Bu həqiqi mənada şəfaətdir. Bu diri insanların uca Allah qarşısında dayanmış, sorğu-sual olunan ölən insan üçün şəfaət etməsidir.
Sələf Xəbər: Cənazə namazında ölən üçün bu duanı oxumaq sünnədir.
اللَّهُمَّ اغْفِرْ لَهُ وارْحَمْهُ وعَافِهِ واعْفُ عَنْهُ وأكْرِم نُزُلَهُ وَوَسِّع مُدْخَلَهُ واغْسِلْهُ بِالماءِ والثَّلجِ وَالبَرَدِ وَنَقّهِ مِنَ الخَطَايَا كَمَا نَقّيتَ الثَّوبَ الأبيضَ مِنَ الدَّنَسِ وابْدِلهُ دارًا خَيرًا مِن دارِهِ وأهْلاً خَيرًا مِن أهْلِهِ وزَوجًا خَيرًا مِن زَوجِهِ وادْخِلهُ الجنَّةَ وأعِذهُ منَ عَذابِ القَبرِ وعَذَابِ النَّارِ
«Allahumməğfir ləhu vərhəmhu və afihi vəfu anhu və əkrim nuzuləhu və vassi mudxaləhu vəğsilhu bilməi vəs səlci vəl bərəd. Və nəqqihi minəl xətayə kəmə yunəqqa əs-sovbul əbyədu minəd dənəs. Və əbdilhu darən xeyran min darihi və əhlən xeyrun min əhlihi və zovcən xeyrun min zovcihi və ədxilhul cənnətə və əizhu min azəbil qabr və azəbin nar».
«Allahım onu bağışla, ona rəhm et, onun əhvalını yaxşı et, onu əfv et, onun yerini yumşaq et, girdiyi yerini (qəbrini) geniş et, onu su, qar və dolu ilə yu və xətalarından ağ paltarı çirkdən təmizlədiyin kimi təmizlə və onun evinin əvəzinə daha yaxşı ev, ailəsinin əvəzinə daha yaxşı ailə, həyat yoldaşının əvəzinə daha yaxşı həyat yoldaşı ver! Onu Cənnətə göndər, onu qəbr və Cəhənnəm əzabından qoru».
Səhabə deyir ki, mən bu duaları eşidərkən həmin meyitin yerində özümün olmasını təmənna etdim».