Corabı çıxartmaq dəstəmazı pozurmu? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
1. 693 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: İnsan dəstəmaz alıb corab geyinib, sonra corabları çıxartmaq məcburiyyəti yaranıbsa, məsələn tibbi müayinə üçün çıxarıb sonra yenidən həmin corabları dəstəmaz almadan geyinibsə, bunun hökmü nədir? Qeyd edim ki, onun hələ dəstəmazı pozulmamışdı. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Əgər onun corabları geyindiyi ilk dəstəmazı pozulmamışdırsa çıxardığı corabları yenidən geyinə (məsh edə) bilər.
Məsələn, əgər zöhr namazı üçün dəstəmaz alıb corabları, yaxud xufları (dəridən hazırlanan ayaq geyimi) geyinib, sonra xəstəliyə və ya başqa zərurətə görə corabları çıxartmağa məcbur olur, sonra dəstəmazlı olduğu halda corabları yenidən geyinirsə, (məsh çəkmək üçün) olar. Belə olduqda yerli adam coraba bir sutka, müsafir isə üç sutka məsh çəkə bilər.
Əgər dəstəmazı pozulduqdan sonra corabı çıxardarsa, yenidən (geyinib məsh etmək üçün) dəstəmaz almalı (dəstəmazda ayağını yumalı), sonra geyinməlidir.
Sələf Xəbər: Fətvadan anlaşılır ki, dəstəmazlı halda corabı çıxartmaq dəstəmazı pozmur.