Dəyişkən adamla dostluğun xeyri yoxdur – Şeyx Süleyman ər-Ruheyli
1. 375 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
İmam Şafiinin (Allah rəhmət etsin) belə bir gözəl sözü vardır:
Dəyişkən adamla dostluğun xeyri yoxdur
Külək hansı tərəfə əsərsə, o da ora əyilər
Dəyişkən adamla dostluğun xeyri yoxdur – Allaha and olsun, doğru sözdür. Dəyişkən adamla dostluqda xeyir yoxdur. Dəyişkən adamlardan nə vətənə, nə də ümmətə xeyir gəlməz. Külək əsən tərəfə əyilənlərdə xeyir yoxdur.
Bir zamanlar dövlətə, rəhbərə qarşı olan, camaatı üsyana səsləyən, rəhbərləri qeyri-şərii (qanunsuz) sayanlar, onlar belədir, filandır, peşmandır deyənlər, gənc müsəlmanları həqiqi cihad olmayan döyüşlərə cihad adı ilə çağırıb aldadanlar,
külək əsən kimi etiqadlarını dəyişmədən və korladıqlarını düzəltmədən dona girib DƏYİŞKƏN görsənirlər.
Onlar sadəcə dona girirlər.
Belə insanlarda ümmət üçün heç bir xeyir yoxdur.
Belələrindən özünü qorumaq vacibdir.
Dostluqda dəyişkən olanın sənin üçün heç bir xeyri yoxdur.
Külək əsən tərəfə əyilən adamla dostluqda əsla xeyir yoxdur.