Dörd şey xoşbəxtlik, dörd şey isə bədbəxtlikdəndir – Şeyx Süleyman ər-Ruheyli (VIDEO)
1. 913 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Şeyx Süleyman ər-Ruheyli:
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Dörd şey xoşbəxtlikdəndir.”
Allaha and olsun ki, həqiqətən də bu dörd şey xoşbəxtlikdir. Çünki bu haqda xəbər verən ən doğru danışan Peyğəmbərdir (Ona Allahın salavatı və salamı olsun).
Dörd şey xoşbəxtlikdir: “Əməlisaleh həyat yoldaşı, geniş ev, əməlisaleh qonşu və rahat minik.”
Əməlisaleh həyat yoldaşı xoşbəxtliyin ilk amilidir. Sonra isə geniş ev, əməlisaleh qonşu və rahat minikdir.
Dord şey isə bədbəxtlikdir: “Pis qonşu, pis qadın, darısqal ev və pis minik.”
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) xoşbəxtliyin ilk amilinin əməlisaleh həyat yoldaşı olduğunu demişdir. Belə ki, sən bu qadını gördükdə ondan xoşlanırsan. Çünki o, ərini razı salmağa çalışar.
Sən ondan uzaqda olanda evindən və namusundan arxayın olarsan. Nə evinin içində, nə də xaricində özünü bədbəxt hiss etməzsən. Evə daxil olanda ondan xoşlanar, evindən çıxanda ona arxayın olarsan, qəlbin rahat olar.
Alimlər deyirlər ki, “GENİŞ EV” insanın ehtiyac duyduğu rahatlıq olan evdir. Bu, xoşbəxtlik üçün səbəbdir.
Əməlisaleh qonşu da xoşbəxtlik üçün səbəbdir. Çünki əməlisaleh qonşu sənin yaxşı işini gördükdə, səni xeyirxahlığa təşviq edər, pis işini gördükdə onu gizli saxlayar və sənə tövsiyə edər. Bu da, sənin xoşbəxtliyin olar. Pis qonşu isə (Allah beləsindən uzaq eləsin), sənin pis işinə sevinər, yaxşı işinə görə isə məyus olar. İnsanlar səni tərifləyəndə, deyər ki, mən onun qonşusuyam, onu məndən yaxşı tanıya bilməzsiniz. O heç də, sizin düşündüyünüz kimi deyil. Allah beləsindən qorusun.
Səni istədiyin mənzilə çatdıran rahat minik də xoşbəxtlikdəndir. Səni getdiyin yerə çatdıra bilməyən minik isə, bədbəxtlikdəndir.
Əziz qardaşlarım, burada məqsəd odur ki, biz yaxşı ailəni qorumalıyıq. Həmçinin yaxşı qonşuları da qorumalıyıq. Yaxşı qonşunun dəyəri böyükdür. Sələflərimizdən rəvayət olunub ki, onlar yaxşı qonşularına görə evlərinin qiymətini çox baha söyləyərdilər.
Bu insanın daha çox faydalanacağı və ailəni səbatlı edəcək bir amildir.