Dövlət başçısına itaət edən insan, bu itaəti Allaha ibadət olaraq görməlidir – Şeyx İbn Useymin (VİDEO)
1. 754 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin, özünüzdən olan ixtiyar (əmr) sahiblərinə də..” (Nisa: 59)
“özünüzdən olan ixtiyar (əmr) sahiblərinə də.” Bu ayənin ərəbcəsində cümlənin feli silinmişdir ki, əvvəldə deyilən itaət növünə tabe olsun. Ayədə “əmr sahiblərinə itaət edin” – demədi, dedi ki, “özünüzdən olan əmr sahiblərinə də”.
Çünki əmr sahiblərinə itaət Allah və rəsuluna itaətə tabedir. Əmr sahiblərinə itaət, Allaha və rəsuluna itaət olduğu üçün vacib hesab olunur. Yəni əmr sahibinə onun şəxsinə görə yox, ona edilən itaət Allaha və rəsuluna itaət hesab olunduğu üçün vacibdir.
Ona görə də insan əmr sahibinə itaət etdikdə, bunu Allaha ibadət olaraq niyyət etməlidir. Yəni o bu əməli ilə Allaha itaət etmiş olur.
O, əmr sahibinə Allaha ibadət olaraq itaət edir.