Duha namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri
Fevral 14
18:37
2017
1. 422 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Şeyx Xalid bin Dahavi əz-Zafiri:
Duha namazı gündəlik nafilə ibadətlərdəndir.
Bu namaz günəş üfüqdən bir nizə boyu çıxandan, yəni günəşin doğmasından on dəqiqə sonra, zöhr namazına az qalmış vaxta qədər qılınan namazdır.
Bu namaz iki, dörd, altı, yaxud səkkiz rükət qılınır.
Bu namazın qılınmasına görə böyük savab vəd olunub.
Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Hər oynağınıza görə sizə gündəlik sədəqə verməlisiniz. Söylədiniz hər bir “sübhənəllah”, “əlhəmdulilləh”, “lə iləhə illəllah”, “Allahu əkbər” sözü, yaxşı işləri əmr edib qadağalardan çəkindirməyiniz sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz bütün bunları əvəz edir.”