Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Əhli Beyt kimdir və bu gün onlardan sağ olan varmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Oktyabr 25
20:31 2017
🎬

📥Yüklə (5.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual:
Əhli Beyt kimdir və bu gün onlardan sağ olan varmı? Müsəlmanın onlara münasibəti necə olmalıdır?

Cavab:
Əhli Beyt, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qohumları və həyat yoldaşlarıdır. Uca Allah buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab: 33).

Onun qohumları və zövcələri Əhli-Beyt sayılırlar. Onlardan müsəlman və əməlisaleh olanların Əhli-Beyt olmağa haqqı vardır və bu cür insanlara ifrata varmadan və onlar barəsində: “onlar Allahla yanaşı insana fayda və ya zərər toxundura bilir” və s. bu kimi etiqad etmədən yaxşılıq etmək və ehtiram göstərmək lazımdır.

Biz onları layiq olduqları məqam qədər dəyərləndirməli, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) olan ehtiramımıza görə onlara da ehtiram göstərməliyik.
Əhli-Beyt deyəndə də, bu kimsələr nəzərdə tutulur.

Onların bu gün mövcud olmasına gəlincə, bəli, bu gün də əhli-beytdən olan kimsələr yaşayırlar. Kimin nəsil şəcərəsi Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qədər gedib çıxırsa, o əhli-beytdən sayılır.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qohumu dedikdə yalnız Haşim övladları nəzərdə tutulur. Qureyşin digər soyları isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli-beytindən sayılmır.

Digər xəbərlər