Əhli Sünnənin ən bariz xüsusiyyətləri – Şeyx Saleh əl-Fovzan
1. 195 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Möhtərəm şeyx əhli sünnənin ən bariz xüsusiyyətləri hansılardır?
Cavab (Şeyx Saleh əl-Fovzan):
Bismilləhi-r-Rahməni-r-Rahim. Həmd olsun aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə Allahın salavatı və salamı olsun.
Allaha şükür olsun ki, Əhli Sünnənin xüsusiyyətləri çoxdur. Ən bariz xüsusiyyət Allahın kitabı və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə əməl etmək, bir çox firqələrdən fərqli olaraq etiqadın fikri azğınlıqdan uzaq olmasıdır.
Əhli sünnə və camaat Quran və sünnə əsası ilə gedən, ilk üç əsrdə yaşamış fəzilətli insanların: səhabələr, tabiinlər və onların yolunu gözəl davam edənlərin yolunu davam etdirənlərdir.
Burada örnək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu kəlamıdır: “Mənim sünnəmdən və haqq yolu göstərən raşidi xəlifələrimin sünnəsindən tutunun, ondan “arxa dişlərinizlə” yapışın. Bidətlərdən də uzaq durun. Həqiqətən hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir.”
Əhli Sünnə Quran və sünnəyə, ümmətin sələfinin yoluna əməl edir, bidət və dində yeniliklərdən uzaq dururlar. Onlar həmçinin Allahın ad və sifətləri barədə batil yozumlar da yürütmür, Allahın ad və sifətlərini Quran və sünnədə deyildiyi kimi təsdiq edir, nə dəyişmir, nə oxşatmır, nə yozmur, nə də inkar etmirlər. Uca Allahın bu ayəsini örnək tuturlar: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.” (əş-Şura: 11).