Əlcəklə namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
Dekabr 07
19:17
2017
1. 466 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Qış günlərində soyuq olanda əllərim üşüdüyü üçün yun əlcək geyinərək namaz qıla bilərəmmi? Əlcək geyinmək namazda səcdə vaxtı yeddi əza üzərində səcdə etməyə maneə sayılmırmı?
Cavab:
Əlcək taxıb namaz qılmaq olar. Necə ki, ayaqda corab olursa, əlcəyin də əldə olması namazda problem deyil. Həmd olsun Allaha. Əlinə əlcək geyinərək, yaxud (əlcək olmasa) istilənmək üçün əlini paltarının qoluna, yaxud arasında salıb səcdə etsən, yenə də problem yoxdur. Həmd olsun Allaha.
Səhabələr (Allah onlardan razı olsun) yer çox isti olanda, paltarlarını alınlarının altına qoyub səcdə edərdilər.