Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərəfa günün orucu böyük günahların bağışlanmasına səbəbdirmi? – Muhəmməd bin Saleh əl-Useymin

Avqust 28
19:55 2017
🎬

📥Yüklə (5.1 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Ərəfa günün orucu böyük günahların bağışlanmasına səbəbdirmi?

Cavab: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) hədisdə deyir ki, Ərəfa günü oruc tutmaq keçmiş və gələcək bir ilin günahlarını bağışlayır.
Sözün aşkar mənası göstərir ki, bu orucla böyük günahlar bağışlanır.

Lakin əksər elm adamları deyiblər ki, bu oruc böyük günahları bağışlamır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) başqa hədisdə belə demişdir: “Beş vaxt namaz, bir cümə digər cüməyə qədər, ramazan digər ramazana qədər arasında arada olan günahlar üçün bağışlanmadır. Yalnız böyük günahlar istisnadır.”

Alimlər bu hədisdə əsasən deyirlər ki, əgər ən fəzilətli və üstün əməl olan gündəlik beş vaxt fərz namaz əgər böyük günahları bağışlamırsa, digər əməllər böyük günahı əsla bağışlamaz.

Buna əsasən deyə bilərik ki, ərafa günün orucu geçən və gələn ilin kiçik günahlarını bağışlayar. Amma böyük günahlara mütləq ayrıca tövbə etmək lazımdır.

Digər xəbərlər