Gecə namazı – Şeyx Xalid bin Dahavi əz-Zafiri
1. 553 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Şeyx Xalid bin Dahavi əz-Zafiri:
Gecə namazı gündəlik yerinə yetirilməsi təşviq olunan ibadətlərdəndir.
Siz heç bilirsinizmi GECƏ NAMAZI nədir?!
Bu namaz əməlisalehlərin təsəllisi, ibadətkarların könül sevinci və Allaha yaxın olanların adətidir.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ramazandan sonra ən üstün oruc tutulan ay, Allahın Muhərrəm ayıdır. Fərz namazdan sonra ən üstün namaz, gecə namazıdır.”
Gecə namazında on ayədən az oxunmaz.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim namazı on ayə oxuyub qılarsa qafillərdən sayılmaz. Kim namazı yüz ayə oxuyub qılarsa, itaətkarlardan sayılar. Kim namazı min ayə oxuyub qılarsa, əməlləri tərəzidə ağır gələnlərdən olar.”
Gündəlik nafilə ibadətlərdən biri də VİTR namazıdır.
Vitr namazı gecə namazlarının sonunda qılınır.
Bu namaz bəndənin uca və izzətli Rəbbinə yaxınlaşdığı ən üstün və ən xeyirli namazlardandır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizə bir namaz lütf etmişdir, o da vitr namazıdır. Bu namaz işa namazından sübh çağına qədər qılınmalıdır.”