Gözdəymədən qorunmaq üçün qurban kəsmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 718 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Həsəsdi və gözdəyməni dəf etmək üçün QURBAN kəsmək olarmı?
Cavab: Belə etmək olmaz.
Həsədi və gözdəyməni dəf etmək niyyəti ilə qurban kəsmək olmaz. Lakin insan dua etməli, şərdən uca Allaha sığınmalı, sədəqə də verə bilər, ehtiyaclı insanlara ehtiyaclarında yardım da edə bilər.
Bu səbəblə in-şəə-Allah, Allah ondan bəlanı dəf edər.
Gözdəymədən qorunmağın yolları
Sələf Xəbər:Gözdəymə əsasən paxıllığa, yaxud bədnəzərə görə olur. Uca Allah öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edərək buyurur: “…və həsəd aparan zaman paxılın şərindən!” (əl-Fələq, 5).
İnsanın özü-özünə, övladına, yaxud malına da gözü dəyə bilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi”. (əl-Buxari, Muslim).
Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra “Ayətul-Kursi – (əl-Bəqərə, 255)”, “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır.
Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə “Bərakəllahu fihi” deyərək ona Uca Allahdan bərəkət diləmək, yaxud “MəşəAllah” demək lazımdır.
Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: “Biriniz qardaşında, yaxud özündə, yaxud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!” (İbn Məcəh, 3509).