Gözəl vətəndaş olmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 302 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Gözəl vətəndaşlıq, ölkə vətəndaşları və qonşularınla xoş davranmaq, mehriban olmaq və xeyir işlərində onlara yardım əlini uzatmaqla, həmçinin alqı-satqı və digər davranışlarda onlarla xoş davranmaqla olur.
Ölkə vətəndaşları ilə yaxşı yaşamaq və müsəlmanlarla dost münasibətlər qurmaq lazımdır. Çünki onlar sənin qardaşlarındır.
Hətta vətəndaş kafirlərdən, ölkəyə müvəqqəti gələnlərdən olub heç kəsə xətər toxundurmayan kimsədirsə, o adam müsəlmanların diyarında olduğu müddətdə, ölkəni tərk edənə qədər onunla da gözəl rəftar edilməlidir.
Çünki İslam vəfa dinidir.
Uca Allah buyurur: “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (Tövbə surəsi: 6).