İbn Useymin: Cümə və şənbə günləri oruc tutmaq – VİDEO
4. 372 dəfə baxılıb
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cümə və şənbə günü oruc tutmağı qadağan etmişdir.
Bu il aşura gününün orucu cümə və şənbə günlərinə təsadüf etdiyi üçün oxucularımız qadağaya görə oruc tutmaq barədə tərəddüd edir və bu haqda çoxsaylı suallar verirlər.
“Sələf Xəbər” redaksiyası bu suala cavab olsun deyə Şeyx İbn Useyminin məsələyə cavabını sizə təqdim edir.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Cümə və şənbə günləri nafilə oruc tutmaq olarmı?
Cavab: Cümə və şənbə günləri ardıcıllıqla (cümə, ardınca şənbə günü) oruc tutmaq olar.
Sübut isə budur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cümə günü oruc tutmuş möminlərin analarından birinə belə demişdir: “Dünən oruc tutmuşdun?”
Möminlərin anası deyir: xeyr.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bəs sabah oruc tutacaqsan?”
Möminlərin anası deyir: Xeyr.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Elə isə orucunu aç.”
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) “sabah oruc tutacaqsanmı?” sualı, cümə günü ilə bərabər şənbə günü də oruc tutmaq haqqında sualdır. Bu isə öz növbəsində cümə və şənbə günləri birlikdə oruc tutmağın icazəli olmasına açıq-aşkar sübutdur.
Amma təkcə birini oruc tutmaq məkruhdur. Təkcə cümə günü oruc tutmaq isə daha çox məkruhdur.
Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təkcə cümə günü oruc tutmağı qadağan etmişdir. Yalnız bir gün əvvəl, yaxud bir gün sonra oruc tutduğu halda icazəli görmüşdür.