Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İmam Əbu Hənifənin müdrikliyi – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah hər ikisinə rəhmət etsin)

Oktyabr 27
18:52 2017
🎬

📥Yüklə (3.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Abbasi xəlifəsi Mənsur eşidəndə ki, Əbu Hənifə (Allah rəhmət etsin) İbn Abbasın “istisna hətta uzun müddət sonra təsir edir.” – sözünə müxalif çıxır. (Yəni, İbn Abbasa görə and içdikdən sonra in-şə-Allah deyənin andı hökmdən düşür.)

Bildiyiniz kimi, Mənsurun nəsil şəcərəsi Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) gedib çıxır. İbn Abbas deyirdi ki, istisna hətta uzun müddət sonra deyilsə də, andı hökmdən salır və günahı götürür.

Xəlifə Əbu Hənifəni çağıtdırıb deyir: “Sən necə İbn Abbasa müxalif fətva verirsən?!”

Əbu Hənifə dedi: Ey Möminlərin əmiri, əslində bu sənin xeyrinədir. Əgər insanlar and içib sənə beyət etdikdən sonra əgər İbn Abbasın dediyi ilə desək onlar sənin yanından çıxdıqdan sonra “in-şə-Allah” desələr sənə etdikləri beyətləri pozulmuş olar.

Bu cavab Əbu Hənifənin müdrikliyindən xəbər verir. Cavabı eşidən xəlifə ona heç bir etiraz etmir.
Çünki (xəlifə də başa düşdü ki) əgər İbn Abbasın fikrini doğru hesab etsələr o zaman beyət etdikdən sonra kimsə “in-şə-Allah” desə, beyəti hökmdən düşəcək.

Beləliklə xəlifə Əbu Hənifəyə olan qınağını kəsdi.

Digər xəbərlər