İmam Əhmədin hikmətli sözü – Şeyx Süleyman ər-Ruheyli
1. 343 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
İmam Əhmədin gözəl sözlərindən birində belə deyilir: “Əgər sevdiyin bir şeyin Allah tərəfindən davamlı olmasını istəyirsənsə, sən də Onun sevdiyini daim et!”
Əgər sevdiyin bir şeyin Allah tərəfindən davamlı olmasını istəyirsənsə, sən də Onun sevdiyini daim et! Çünki yaxşılığın qarşılığı ancaq yaxşılıqdır. Gör indi bu qarşılığı uca və nöqsansız, azdan razı qalıb çox qarşılıq verən ər-Rəhman və ər-Rəhim olan Allah verirsə necə olar?!
Əgər sən həyatında sevdiyin şeyləri görmək istəyirsənsə, sən də Allahın sevdiyi işlərlə məşğul olmağa çalış.
Allah səni Onun kəlamını oxuyarkən görməyi sevir. O, sənin məscidə getməyini, fərz namazları qılmağını, nafilə ibadətlər etməyini sevir. Ona görə də bu işlərdə ifrata varmadan çalışqanlıq göstər. Nafilələrdən gücün çatan qədər götür. Fərz ibadətləri tərk etmə və haram işlərdən qorun.