Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD ixvan törəməsi və xəvariclərdir – Şeyx Saleh əl-Fovzan (VIDEO)

Yanvar 05
19:17 2017
🎬

📥Yüklə (10.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Həqiqət budur ki, İŞİD əslən ixvan təşkilatına mənsub olan Əymən əz-Zəvahirinin başçılıq etdiyi əl-Qaidə terror təşkilatının törəməsidir.

Əymən əz-Zəvahiri törəməsi olan İŞİD haqqında deyir:
“Şeyx Əbu Bəkr əl-Bağdadi bizdən icazə almadan, bizimlə məsləhətləşmədən, bizə xəbər etmədən İraq və Şamda İslam dövləti elan etməkdə səhv edib.
Buna baxmayaraq şeyx Əbu Bəkr əl-Bağdadi əl-Hüseynini bu tarixdən etibarən bir il müddətinə İraq və Şam İslam dövlətinin əmiri olaraq təsdiq edirik. Bu müddətdən sonra İraq və Şam İslam dövləti şurası əl-Qaidə ali rəhbərliyinə işlərin gedişatı haqda məruzə etməlidir. Bundan sonra baş rəhbərlik Əbu Bəkr əl-Bağdadinin əmirlikdə qalmasına, yaxud yeni əmir seçilməsi haqda qərar verəcək.”

İŞİD-i sələfilərə aid edənlərə Şeyx Saleh əl-Fovzanın cavabı

Sual:

“əl-Qaidə və İŞİD terror təşkilatları sələfiliyin törəməsidir!”, “Durərus Səniyyə kitabı terror mənbəyidir!” deyərək Sələf Salehin əqidəsinə tənə edən bəzi həmvətənlərimiz haqda nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan:

Bu insanları azdırmaqdır. Bu sözün özü elə terrordur. İnsanları haqq dəvətdən, tövhid və sünnə dəvətindən qorxutmaq özü terrordur. Sələfi dəvətinə aid olmayanı, yolunu azmış dəstələri əhli sünnəyə və Durərus Səniyyə kitabına nisbət etmək yalan və iftiradır. Bu iddiaçı Allah yoluna dəvətin qarşısını almaq və özü istədiyi yönə çəkmək istəyir. İnsanları sələfin yolundan uzaqlaşdırıb, azdırmaq istəyir. Halbuki sələfin məzhəbindən başqa nicat yolu yoxdur. İmam Malik (Allah ona rəhmət etsin) demişdir: “Bu ümmətin axırı əvvəlinin islah olunduğu (Quran və sünnə) ilə islah olunacaqdır.”
Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözündə deyildiyi kimidir. “Bu ümmət yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa hamısı cəhənnəmlikdir.” Səhabələr dedilər: “O kimdir ey Allahın elçisi!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Onlar bu gün mənim və əshabələrimin tutduğu yolda olanlardır.”

Doğru mənhəc, düzgün yol budur.

Digər xəbərlər