İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir? – VİDEO
1. 840 dəfə baxılıb
Sələf Xəbər: Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir. Sualı və Şeyxin cavabını sizə təqdim edirik.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Biz bilirik ki, Peyğəmbərimizin rəhbərlərə itaətə təşviq edən hədisləri vardır. Bəziləri deyirlər ki, bu hədislər keçmişdə yaşamış rəhbərlərə aiddir, indiki rəhbərlərə aid deyildir.
Cavab: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisləri qiyamət gününə qədər vaxtı əhatə edir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə deyib ki, “məndən sonra yaşayanınız çoxlu ixtilaf görəcəkdir. Bu halda siz mənim və raşidi xəlifələrimin sünnəsindən tutunun (dediklərinə itaət edin).”
Digər rəvayətdə isə belə demişdir: “Mən sizə Allahdan qorxmağı, eşidib itaət etməyi əmr edirəm.”
Deyilənlər keçmiş zamana deyil, qiyamət gününə qədər olan vaxtda ümmətə şamildir.
Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəriəti qiyamət gününə qədər hər vaxtda şamildir. Ümumiyyətlə Quran və sünnədən olan bütün dəlillər qiyamət gününə qədər hər vaxta şamildir.
Kim bu əhkamları vaxta görə fərqləndirirsə, bu ya cahildir, ya da insanları azdıran.
Belə insan şəriəti naqislikdə və keçmişə aid olmaqda ittiham etmiş olur.
Hicrət yurdunun (Mədinə şəhərinin) imamı Malik bin Ənəs (Allah rəhmət etsin) demişdir: “Bu ümmətin əvvəli nə ilə islah olunmuşdusa, sonu da onunla islah olunacaqdır.”
Ümmətin əvvəlini islah edən amil isə Quran və sünnədir.