Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Məgər bilmirsənmi Allah səni görür! – VİDEO

Yanvar 23
18:57 2017
🎬

📥Yüklə (6.9 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx Xalid bin Dahavi əz-Zafiri:

Ey Allahın qulları, Allahın sizi gördüyünü bilirsiniz, Allahın neməti, minnəti, lütfü və səltənəti içərisində yaşayırsınız, bəs Allaha asilik və günahla qarşılıq verdikdə heç Ondan utanmırsınız?!

Məgər bilmirsənmi Allah səni görür?! O səni görür və səndən agahdır. Heç bir şey Ondan gizli qalmır. Ey Allahın qulları, Allahın gözəl adları və uca sifətləri haqqında daha çox elmə yiyələndikcə, bir o qədər də insan təqva və xüşu əldə edir. “Həqiqətən Allahdan alim bəndələri qorxarlar.”

İbn Abbas (Allah ondan razı olsun) deyib ki, bu ayədə nəzərdə tutulan kimsələr, Allahın hər şeyə qadir olduğunu dərk edən alimlərdir.

Əgər sən bu barədə dəqiq elmə sahib olsan, Allahın ad və sifətlərini bilsən, bu sənin həyatına, ibadətinə və rəbbinə itaətinə böyük təsir edər.

Allahım biz Sənin gözəl adların və uca sifətlərinlə Səndən istəyirik ki, bizə faydalı elm və saleh əməl nəsib et.

Digər xəbərlər