Mömin ailələrin islahı – Şeyx Saleh bin Fovzan əl-Fovzan
İyul 12
20:14
2017
1. 233 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Bir çox valideynlər övladlarını yemək, içmək, geyim, maşın, maddi təminat, ümumilikdə dünya rahatlıqları ilə təmin etməyə çalışırlar, lakin onlar övladlarının qəlbinin, əməllərinin tərbiyəsinə əhəmiyyət vermirlər. Əslində önəmli olan, gərəkli olan budur.
Maddi təminat zərər gətirə bilər, lakin mənəvi (qəlbi) tərbiyə daim faydalı olar. Valideynlər mütləq şəkildə buna diqqət etməlidirlər.
Uca Allah buyurur: “Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha: 132).