Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Möminin ölüm anında və bərzəxdə BƏXTƏVƏRLİYİ – Şeyx Süleyman ər-Ruheyli

Fevral 06
20:54 2017
🎬

📥Yüklə (8.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx Süleyman ər-Ruheyli:

Həyatını Allah qorxusu və saleh əməllərlə keçirən mömin hər kəsin düçar olduğu əcəli gəldikdə bəxtəvər olacaqdır. Ölüm gəldikdə mələklər onu çağırıb deyəcəklər: “Ey gözəl nəfsdə yaşayan gözəl nəfs, şükür edərək çıx! Sənə rəhmət, gözəl ruzi və bağışlayan rəbblə müjdə vardır.” Möminin ruhu çıxdıqca bu çağırışla çağırılar. Ruhu bədənindən çıxana qədər bu sözlər deyilər.

Ruhu çıxdıqda ölüm mələyi onun ruhunu götürər, cənnət kəfəni ilə kəfənləyib, cənnət ətiri ilə ətirləyər.
Onu səmaya ən gözəl qoxulu halda qaldırar.

Ondan o qədər gözəl qoxu gələr ki, hər bir mələk, həmin möminin onlar tərəfdən səmaya qaldırılması üçün Allaha dua edərlər.

Mömin üçün səmanın aşağı qapılarının açılması tələb olunar.
Oradan deyilər ki, bu nə gözəl qoxudur?
Onu gətirən mələk, “Bu filahkəs oğlu filankəsdir” – deyər.
Gözətçilər deyərlər: Gözəl nəfs xoş gəlibdir.
Qapılar onun üzünə açılar.

Bu minvalla yeddinci səmaya yüksələr. Sonra Allah onun dünyaya (qəbrinə) qaytarılmasını əmr edər.

Digər xəbərlər