Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müsəlman ölkələrin zəif olması rəhbərlərə görədir? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Sentyabr 25
18:25 2017
🎬

📥Yüklə (2.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Sizcə müsəlmanların zəif və fikir ayrılığında olmasına səbəb nədir? Buna rəhbərlər səbəbdir, yoxsa biz hamımız?! Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Ümumilikdə müsəlmanların zəifliyinin səbəbi müsəlmanlar özləridir. Çünki müsəlmanlar Allahın onlara əmr etdiyinə riayət etmirlər.

Müsəlmanlar yaxşı işlərdə əlbir olmaq, bir-birinə tövsiyə etmək, Allahın dini ətrafında birləşmək, Allahın dinini dərindən öyrənmək, Allah yoluna dəvət etmək, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək və Allah yolunda cihad etmək üçün güc-qüvvət toplamaq kimi işlərdə boşluğa və səhlənkarlığa yol veriblər.

Buna görə də zəiflik bütün müsəlmanlar tərəfindən edilmişdir.

Digər xəbərlər