Müsəlman rəhbər üçün nə etməliyik? – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 033 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Üzərimizə düşən vacib müsəlmanların rəhbərlərinə ehtiram göstərmək, onlar üçün dua etməkdir. Müsəlmanların rəhbərləri üçün dua etmək vacibdir.
Əhli Sünnənin imamı Əhməd bin Hənbəl (Allah rəhmət etsin) demişdir: “Əgər hansısa duamın qəbul olunacağını bilsəydim, o duanı rəhbər üçün edərdim.”
Çünki, rəhbər islah olunarsa, ümmət də islah olunar, din qalib gələr. Rəhbər üçün dua etmək, təkcə onun şəxsi üçün dua deyil, bu həm onun üçün, həm də din və müsəlmanlar üçündür.
Cümə xütbələrində və istənilən münasib məqamda rəhbərlər üçün dua etmək, Əhli Sünnə və Camaatın etiqadının əsasını təşkil edir.
Duada onlar üçün qələbə və yardım arzulamaq lazımdır.
Əgər Allah rəhbərə yardım edər, onu ucaldar və müvəffəq edərsə, bu, müsəlmanların və dinin xeyirinədir.