Müsibət anında deyiləcək ən gözəl söz – Şeyx Saleh bin Fovzan əl-Fovzan
Dekabr 12
18:15
2017
3. 129 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Mal-dövlətində və ya bədənində müsibətlə üzləşən müsəlmanın deyəcəyi ən gözəl söz hansıdır?
Cavab:
Bu halda uca Allahın söylədiyini demək lazımdır: «“Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” – deyirlər.»
“Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” (Ərəbcəsi: İnnə lilləhi və innə ileyhi raciun) – sözlərini təkrar-təkrar söyləmək lazımdır.
Həmçinin bu duanı demək lazımdır: “Allahım bu müsibətimə görə mənə savab ver və daha xeyirlisi ilə mənə əvəzini ver.” (Ərəbcəsi: Allahummə əcirni fi musibəti vəxluf li xayrən minhu).
__________
Şeyx, Allah sizdən razı olsun, sizə və elminizə bərəkət versin və sizinlə İslam ümmətinə fayda versin.