Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Namaz vaxtı asqırıb “əlhəmdulilləh” demək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Noyabr 01
20:35 2017
🎬

📥Yüklə (5.1 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Xahiş edirəm sualımı cavablandırın. Mən oxumuşam ki, namaz qılan vaxt asqırarkən “Əlhəmdulilləh” demək olar və bu halda namazı yenidən qılmaq lazım deyil. Bu doğrudurmu?

Cavab: Bəli, bu doğrudur.

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunub ki, o, kiminsə namazda asqırdığını və “əlhəmdulilləh” dediyini eşitmişdi.

Namazdan sonra ona demişdi ki, mən filan sayda mələyin bu sözü yazmaq üçün yarışdığını gördüm.

Məna budur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun bu əməlinə etirazını bildirmədi. Bu onu göstərir ki, namazda asqırıb “əlhəmdulilləh” deməkdə bir sıxıntı yoxdur.

Sələf Xəbər: Səhabənin namazda asqırması haqqında deyilən hədis:

Rifaə bin Rafi (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) arxasında namaz qılarkən asqırdım və dedim: “Əlhəmdulilləh həmdən kəsiran tayyibən mubarəkən fihi. Mubarəkən aleyhi, kəmə yuhibbu rabbunə va yərda”. (Tərcüməsi: Allaha çoxlu, gözəl, mübarək həmd-səna olsun. Rəbbimizin sevdiyi və razı qaldığı kimi mübarək olsun.)

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazı yekunlaşdırdıqdan sonra üzünü camaata tərəf çevirib dedi: “Namazda asqıran kim idi?” Heç kəs səsini çıxartmadı.

Sonra ikinci dəfə “Namazda asqıran kim idi?” – deyərək səsləndi. Yenə də heç kəs səsini çıxartmadı.

Sonra üçüncü dəfə “Namazda asqıran kim idi?” – deyərək səsləndi. Rifaə bin Rafi (Allah ondan razı olsun) səsini çıxarıb dedi: O, mən idim ey Allahın elçisi!

O dedi: Sən asqıranda nə dedin?

Mən dedim: “Əlhəmdulilləh həmdən kəsiran tayyibən mubarəkən fihi. Mubarəkən aleyhi, kəmə yuhibbu rabbunə va yərda”.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Nəfsim əlində olana and olsun ki, otuz neçə mələk bu sözü səmaya qaldırmaq üçün yarışırdı.” (Tirmizi rəvayət etmişdir. Şeyx Albani hədisin həsən olduğunu söyləmişdir).

Digər xəbərlər