Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Namaza gələrkən tələsmək – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Noyabr 20
19:29 2017
🎬

📥Yüklə (2.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Namaza gələrkən qaçmaq icazəlidirmi?

Cavab:
Belə etmək lazım deyil, bu məkruhdur (bəyənilmir).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, namaza gəldikdə, gəzə-gəzə gəlin, sükunətli olun. Hansı rükətlərə (imamla) çatsanız qılın, çatmadığınız rükətləri isə tamamlayın.

Namaza gələrkən qaçmaq, tələsmək olmaz. İnsan gəzə-gəzə, sükunətli və rahat halda gəlməlidir.

Sələf Xəbər: Camaat və cümə namazlarında bəzi qardaşlarımız imamın namaza başladığını eşidərkən, namaza qoşulmaq üçün tələsə-tələsə, qaçaraq məscidə doğru gedirlər. Halbuki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunun qadağan etmişdir. Hər bir müsəlman bu əməlində diqqətli olmalı, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmrinə və tövsiyəsinə uyğun olaraq namaza tələsmədən, rahat şəkildə gəlməlidir. Bu, onun namazda daha xüşulu olmasına və namazı daha diqqətlə qılmasına səbəbdir.

Allah subhanahu bizi sünnəni dərk edib onu yaşayanlardan etsin…Amin!

Digər xəbərlər