Namazda gözləri yummaq – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)
1. 871 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Bəzi insanlar namazda gözlərini yumur və deyirlər ki, “bu hal namazda xüşulu olmaq üçün daha əlverişlidir.”
Əslində bu iddia şeytanın bir hiyləsidir. Səbəb olmadan namazda gözləri yummaq məkruhdur (bəyənilmir) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə müxalifdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazda gözlərini yummazdı. Ya səcdə yerinə, ya da önünə baxardı. Gözlərini yummaq isə sünnəyə müxalifdir. Buna görə də fəqihlər (Allah rəhmət etsin) namazda gözləri yummağı məkruh hesab ediblər.
Əgər bunu etməyə zəruri səbəb olarsa, məsələn gözünü qamaşdıran nəsə, yaxud diqqətini yayındıran naxışlar olarsa bu zaman gözünü yuma bilərsən.
Çünki bu halda gözünü ibadət olaraq deyil, səbəbə görə yumursan.