Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı? – Şeyx Əbdüləziz Ali Şeyx
3. 932 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual verən:
Namazdan sonra “Allah qəbul etsin!” demək olarmı?
Şeyx Əbdüləziz Ali Şeyx:
Bunun sünnə olması haqqında heç bir dəlil yoxdur. Namazdan sonra deyilən sözlər şəriət dəlilləri ilə təsdiq edilməlidir.
Dəlillərdə deyilir ki, namazdan sonra üç dəfə “əstəğfirullah”,
“Allahummə əntə-s-sələm va minkə-s-sələm, təbarəktə ya zəlcələli valikram”,
“Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu, ləhul mulku va lahul həmdu va huvə alə kulli şeyin qadir”,
“Allahummə lə məniə limə atəytə va lə mutiyə limə mənətə va lə yənfəu zəl cəddi minkəl cədd”,
“lə iləhə illəllah va lə nəbudu illə iyyəh, ləhun nimətu va ləhul fadlu va ləhu-s-sənəul həsən, lə iləhə illəllah muxlisinə ləhud din va lav kərihə əl-kəfirun.”
“Allahummə əinni alə zikrikə va şukrikə va husni ibadətikə” kimi, dua və zikrlər edilir.
Amma namazdan sonra “Allah qəbul etsin” demək barədə dəlil olmadığı üçün demək olmaz.