Övladlarını sübh namazına oyatmaqda səhlənkar olan valideynlər – Şeyx Saleh bin Fovzan əl-Fovzan
Avqust 24
18:53
2017
2. 116 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Bəzi atalar ailəsini sübh namazına oyatmaqda səhlənkarlıq edir. Sizin onlara tövsiyəniz nədir? Onu da qeyd edim ki, həmin ata deyir ki, uşaqlar böyüyər Allah onlara hidayət verər.
Cavab: Xeyr bu doğru deyil. Əlbəttə onlar böyüyər və Allah onlara hidayət verər. Amma hidayət üçün səbəb də olmalıdır axı. Səbəb isə ata və ananın yeddi yaşına çatmış övladlarına namazı əmr etməsidir.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Övladlarınıza yeddi yaşında namaz qılmağı əmr edin, on yaşında isə onları vurun (namaza məcbur edin) və yataqlarını ayırın.”
Ata və ana övladları böyüyüb həddi buluğa çatana qədər onları tərbiyə etməyə və doğru istiqamətə yönəltməyə görə məsuliyyət daşıyırlar.