Övladlarınızı məscidlərə öyrədin – Şeyx Saleh bin Fovzan əl-Fovzan
2. 051 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Övladlarınızı Allaha ibadət etməyə, camaatla namaz qılmağa, məscidlərə elm məclislərinə və mühazirələrə gəlməyə öyrədin. Qoy onlar məktəbdə öyrəndikləri ilə yanaşı, məsciddə də elmə yiyələnsinlər.
Allahın bəndələri, məscidlərə diqqət ayırın.
Məscidlər də məktəbdir. Hətta məscidlər məktəblərdən də önəmlidir. Həqiqətdə məscidlər əsl məktəbdir. Məscidlər övladlarımıza Allaha itaət və ibadət etməyi öyrədir, həmçinin faydalı təhsilə təşviq edir və gözəl örnək tutmağı təbliğ edir.
Övladlarınızı məscidlərə öyrədin. Onları özbaşına buraxmayın. Onları özbaşına buraxmayın. Onları özünüzlə məscidə gətirin ki, onlar da Allaha ibadət etməyə vərdiş etsin, məscidləri sevsin, müsəlman qardaşlarının imamın arxasında cərgə-cərgə düzülüb birlikdə namaz qıldıqlarını, Allaha dua və zikr etdiklərini, Quran oxuduqlarını görsünlər.
Övladlarınıza xüsusi diqqət ayırın.