Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludu – Şeyx İbn Useymin (VİDEO)

Dekabr 13
21:01 2016
🎬

📥Yüklə (46.7 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Saleh sələflərimiz: Raşidi xəlifələr, səhabələr, onların əməlisaleh ardıcılları tabiinlər, nə də onlardan sonra yaşayan islam alimləri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövludunu qeyd etməyiblər.
Bu məqamda bir sual çıxır: Məgər biz Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bu insanlardan daha çox təzim edirik?!
Təbii ki, xeyr.
Məgər biz Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bu insanlardan daha çox sevirik?!
Təbii ki, xeyr.

Belə olan halda bizə vacib olan, onların yolu ilə gedərək, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mövlud gününü qeyd etməməliyik. Çünki bu bidətdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özü üçün mövlud keçiribmi? Nə üçün keçirməyib?
Nə üçün raşidi xəlifələr və səhabələr mövlud keçirməyiblər?!
Məgər onlar bunu inkar edir, yaxud haqqı gizlədirdilər?!
Yoxsa bunu (mövlud keçirməyi) özlərinə sığışdırmırdılar.
Əlbəttə ki, səhabələr belə bir iş etməyiblər.
Heç şübhəsiz, bunu edənlər bu işi yaxşı niyyətlə edirlər. Ya Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) olan sevgiyə, ya da İsa əleyhissəlam üçün mövlud edən xristianlara baxıb “biz Peyğəmbərimizi daha çox sevirik” – deyərək, bunu qeyd edirlər.
Lakin bu yalnış təsəvvürdür. Çünki insan Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) daha çox sevdikcə bidətdən də bir o qədər uzaq olur.
Kimsə desə ki, “mən mövlud keçirməyi Allah üçün edirəm!” biz ona deyirik ki, sən Allahın dininə olmayan bir şeyi əlavə etmiş olursan. Allah və rəsulundan önə keçirsən.

Əgər desə ki, bu bizim adətimizdir. Biz isə deyirik ki, məgər bayramlar adətə görə qeyd edilir, yoxsa şəriətin icazəsinə görə.
Əlbəttə ki, şəriətin icazəsinə görə keçirilir.
Hətta Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə, gördü ki, Mədinə camaatı iki bayram qeyd edirlər.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara bu bayramları qeyd etməyi qadağan edib dedi: “Allah sizin üçün bunlardan daha xeyirlisi ilə əvəz etmişdir: Qurban və fitrə bayramı.”

Belə olan halda siz necə bunu bayram olaraq adət edirsiniz?!
Əgər desələr ki, biz bunu Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) xatırlamaq üçün edirik.
Əvvəla Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Rabiuləvvəl ayının on ikisi doğulması dəqiq deyil.
Hətta bu tarix doğru olsaydı da, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hər gün xatırlanır.
Məgər müsəlmanlar hər gün minarələrdən “Əşhədu ənnə Muhəmmədən Rəsulullah” – demirlər?! Əlbəttə deyirlər.

Hər namazı qılarkən insan təşəhhüd oxuyur və orada “əssələmu aleykə əyyuhənnəbiyy və rəhmətullahi və bərəkətuhu. Əssələmu aleyhə və alə ibadilləhis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu” sözlərini deyir.

Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) xatırlamaq hansısa gündə deyil, daim möminin qəlbində olmalıdır.
Lakin əksər insanlar bidətin təhlükəsini dərk etmədikləri üçün bu kimi məsələlərə biganə yanaşırlar. Lakin Allaha şükürlər olsun, bu gün əksər gənclər bilirlər ki, bu bidətdir və dində bunun heç bir əsası yoxdur.

Digər xəbərlər