Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş rəftarı – Şeyx Süleyman ər-Ruheyli

Fevral 27
22:10 2017
🎬

📥Yüklə (13.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx Süleyman ər-Ruheyli:

İmamımız, örnəyimiz və Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş davranardı.

Bir gün o əshabələri ilə birlikdə zöhr, yaxud əsr namazı qılmağa gedirdi. O nəvəsi Həsəni, yaxud Hüseyni də özü ilə apardı. Allah onların hər ikisindən razı olsun.

Uşağı yanına qoyub namaz qılmağa başladı. Səcdə zamanı uzun-uzadı səcdə etdi. Hətta əshabələrdən biri Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nəsə olduğunu düşünüb başını səcdədən qaldırdı. Bu zaman gördü ki, uşaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) kürəyində oturub. Səhabə səcdəyə qayıdıb səcdəsini tamamladı.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazı qutardıqdan sonra əshabələri ona dedilər: “Ey Allahın elçisi, sən bu namazda çox uzun-uzadı səcdə etdin, biz də nə isə baş verdiyini, yaxud sənə vəyh gəldiyini düşündük.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bu deyilənlərin heç biri baş verməyib. Mənim bu balam mənim kürəyimə çıxmışdı. Mən də onu yarımçıq kürəyimdən salmaq istəmədim.”

Qardaşlar, həqiqətən Allah böyükdür.
Allah rəsulu insanlara fərz namaz qıldırarkən uşaq onun kürəyinə çıxır, o da (uşağı narahat etməmək üçün) uzun-uzadı səcdə edir.

Digər xəbərlər