Qardaşına kömək etməyin yolları – Şeyx Saleh əl-Fovzan
1. 279 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Aciz insana miniyinə və ya maşına minməkdə kömək etmək, əlindəki ağır yükü daşımağa yardım etmək, yaxud maddi dəstək olmaq – yəni, aciz adama maddi və ya fiziki baxımdan əl tutmaq böyük savabdır.
Ümumiyyətlə borc içində çətinlik çəkən adama kömək edərək borcunu qarşılamaq da böyük savabdır.
“Kim bir möminin dünya sıxıntısını apararsa, Allah da qiyamət günü onun sıxıntılarından birini aparar.”
“Bəndə qardaşının köməyində olduqca, Allah da həmin adamın köməyində olar.”
Qardaşlarınıza kömək edin.
“Yaxşı və təqvalı işlərdə əlbir olun, günah və düşmənçilikdə bir-birinizə yardımçı olmayın.”
Qardaşına yaxşı işləri əmr edib, pis işdən çəkindirməyin ən gözəl yardımdır. Bu kiməsə mal-dövlət verməkdən, ev-eşik bağışlamaqdan daha üstündür.
Çünki bu işlə sən onu cəhənnəmdən xilas edirsən. Bu qardaşına edilən ən böyük yardımdır.