Qiyamətin böyük əlamətləri – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 615 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Qiyamətin böyük əlamətlərinin birincisi hansıdır?
Cavab(Şeyx Saleh əl-Fovzan):
Qiyamətin böyük əlamətlərinin ilki Mehdinin gəlməsi, sonra dəccalın çıxması, sonra İsa əleyhissəlamın nazil olması, sonra günəşin batdığı yerdən çıxması, sonra heyvanın çıxmasıdır. Bundan sonra fitnələr qırılmış boyunbağı dənələrinin sürətlə düşdüyü kimi, dalbadal gələcək.
Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Mehdi əleyhissəlamın gəlişini inkar edən haqqında nə deyə bilərsiniz?
Cavab(Şeyx Saleh əl-Fovzan):
Bu cahil insandır. Belə insanın sözü götürülməz. Çünki o mütəvatir (çox sənədlə nəql olunan) hədisləri inkar edir. Belə insan ya cahil, ya da yolunu azmış kimsədir. O, ya cahil, ya da yolunu azmış kimsədir. Beləsinin dediyinə əhəmiyyət vermək lazım deyil.
Mehdinin gələcəyi haqqında bir çox kitablar təlif edilmişdir. Bu növ kitablarda səhih hədislərlə Mehdinin mütləq gələcəyi isbat edilmişdir.
Lakin belə insanlar ağıllarına batmayanı, Uca Allahın (bir Quran ayəsində) buyurduğu kimi bir şeyi hələ yozumu onlara çatmamış inkar edirlər.
İnsan tələskən olmamalıdır. Əvvəlcə dəqiqləşdirməlidir, hər yoldan keçənin və ağlına gələni danışanın ardınca getməli deyil.