Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qiyamətin əlamətləri: Məscid imamının tapılmaması – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Oktyabr 16
20:27 2017
🎬

📥Yüklə (5.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Əbu Davud, Xarəşə bin əl-Hurr əl-Fizarinin bacısı Səlamətə bint əl-Hurrdan (Allah onlardan razı olsun) rəvayət edir ki, o Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: “Məscid əhlinin özlərinə imamlıq edəcək adamı tapmadıqda, bir-birini imamlığa itələməsi qiyamətin əlamətlərindəndir.” (Əbu Davud: 581)

Bəli, bu hədis (şərii) elmin azalacağından xəbər verir. Hətta məsciddə namaz qılanlar özlərinə imamlıq edəcək adam tapmayacaqlar. Səbəb isə Quran qarilərinin azalması olacaqdır. Qiyamətə yaxın Quranı yaxşı oxuyan insanlar çox az olacaqlar. Bu isə fitnə və şərdir.

Lakin Allaha həmd olsun ki, bu gün Quran əzbərlədən məktəblər mövcuddur və Quran qariləri də çoxdur. Bu isə xeyirin əlamətidir. Amma vaxt gələcək belə adamları axtaracaqlar,çünki həmin zamanlarda Quranın tədrisinə və əzbərlənməsinə diqqət olmayacaqdır.

Digər xəbərlər