Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qiyamətin əlamətləri – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Avqust 04
20:19 2017
🎬

📥Yüklə (3.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Qiyamət qopmamışdan öncə, onun kiçik əlamətləri vardırmı?

Cavab: Qiyamətin kiçik əlamətləri vardır və onların çoxu gerçəkləşmişdir.
Cəbrail (aleyhissalam) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gələndə deyir: “Mənə qiyamətin əlamətləri haqqında xəbər ver!”
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun): “Kölənin öz ağasını doğması. Lüt-üryan, kasıb insanların yüksək binalar tikməsi.”

Bu deyilənlər baş vermişdir. Həmçinin şərin çoxalıb, xeyirin azalması da qiyamətin əlamətlərindəndir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər gələn il, ötən ildən daha şər olacaqdır. Bu hal Rəbbinizə qovuşana qədər davam edəcəkdir.”

Çirkin işlərin, içki içməyin, sələmin çoxalması da qiyamətin kiçik əlamətlərindəndir. İslamın qərib olması, yəni müsəlmanların azalması da qiyamətin əlamətlərindəndir.

O ki qaldı qiyamətin böyük əlamətlərinə, onlar hələ baş verməyib.
Böyük əlamətlər Mehdinin və Dəccalın çıxması, Məryəm oğlu Məsihin nazil olması, Yəcuc və Məcucun çıxması, Günəşin batdığı yerdən çıxması, Quranın yox olması və heyvanın çıxması. Bütün bunlar qiyamətin böyük əlamətlərindəndir. Allah bizi salamat etsin.

Aparıcı: Amin, Allahım! Möhtərəm şeyx, Allah sizi mükafatlandırsın. Sizə və elminizə bərəkət versin. Sizinlə müsəlmanlara fayda versin.

Digər xəbərlər