Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qızıl və gümüş diş taxmaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Dekabr 08
19:58 2017
🎬

📥Yüklə (3.6 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Möhtərəm şeyx, dişlərin düzəldilməsində qızıl və gümüşdən istifadə etmək barədə nə deyə bilərsiniz?

Cavab:
Dişlərin bu metallardan hazırlanmasında təfsilat vardır. Əgər dişləri qızıl və gümüşdən başqa digər materiallardan düzəltməyə imkan varsa, bu daha yaxşıdır. Əgər bunu etmək məcburiyyətində qalarsa, eyb etməz.

Çünki səhih hədisdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) burnu kəsilmiş bir kişiyə gümüşdən burun taxmağa icazə verdiyi deyilir. Sonradan gümüş onun bədənində korlandığı üçün burnunu qızıldan etməyi ona tövsiyə etdi.

Bu hadisə göstərir ki, zərurət halında belə metallardan istifadə etmək olar. Bəzi səhabələrin dişlərini qızıl ilə bağladıqları rəvayət olunur. Əgər buna ehtiyac olarsa, istifadə etmək olar. Əgər qızılı əvəz edən metal olarsa, ehtiyat baxımından onu istifadə etmək daha yaxşı olar.

Deyilənlər kişilərə aiddir.

Qadınların isə bu məsələdə işi rahatdır. Çünki qızıl və gümüş zinətdir və qadın dişlərini qızıl ilə düzəltdirə bilər. Qadın üçün bu asan və problemsizdir.

Kişilər isə bacardıqca qızıl və gümüş istifadəsindən uzaq durmalıdırlar. Dişlərin düzəldilməsində və digər hallarda yalnız zərurət olduqda bunu etməlidirlər. Güc və qüvvət yalnız Allahdandır.

Bu gün dişləri düzəltmək üçün qızıl və gümüşü əvəz edəcək digər materiallar mövcuddur. Ona görə də kişilər dişlərini qızılsız da düzəldə bilərlər.

Digər xəbərlər