Qızları mirasdan məhrum etmək – Şeyx Nasirəddin əl-Albani (Allah rəhmət etsin)
1. 304 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Qız uşaqlarını mirasdan məhrum edənlər haqqında nə deyə bilərsiniz, şəriətin bu barədə mövqeyi nədir?
Şeyx Nasirəddin əl-Albani (Allah rəhmət etsin):
Belə insan zalımdır. Zalımlıq edir və şəriətə müxalifdir.
Bu heç bir halda yolverilməzdir. Məlum olduğu kimi heç bir halda zülm etmək olmaz. Səhih hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Zülmdən qorunun. Həqiqətən qiyamət günü bir zülm, zülmlər olacaq.”
Zəif insana zülm etmək, güclü insana zülm etməkdən daha çox günahdır. Çünki zülm olunan güclü adamın özünü müdafiə edə bilmək ehtimalı vardır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) “Piyalə” olaraq vəsf etdiyi zərif cinsin nümayəndələri (qadınlar) kimi zəif insanlar özlərini müdafiə edə bilmirlər. Ona görə belə insana zülm etmək, kişiyə qarşı zülm etməkdən daha çox günahdır.