Quran neməti – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 386 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Quran, Allahın bizə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) sonra bəxş etdiyi ən böyük nemətdir. Bu Quran əlimizdədir, hər kəsə müyəssərdir.
“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” (əl-Qəmər: 17)
Bir müddət öncə – biz də bu vaxtları görmüşük – hər kəsdə Quran kitabı olmurdu. İnsanlar Quranı oxumaq üçün onu bir-birinə ötürürdülər. İndi Allaha həmd olsun ki, rəflər kitabla doludur. Məscidlər, kitabxanalar, ofislər Quran nüsxələri ilə doludur. Hara baxsan orada bir və ya daha artıq nüsxə Quran vardır. Qiyamət günü bu bizə qarşı bir hüccətdir. Biz bu Qurana ehtiram göstərməli, ona əməl etməli, onu sevməli, onu layiqincə tilavət etməli, onu öyrənib-öyrətməliyik.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.”