Sələf Xəbər


İSLAMIN SƏSİ, RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazan ayı üçün dəyərli tövsiyələr – Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyx

İyun 01
21:21 2017
🎬

📥Yüklə (7.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Oruclu qardaşım hər birimiz səhv edir, pis iş görür və nöqsana yol veririk. Hamımız xəta edirik. Ən xeyirli xəta edənlər isə tövbə edənlərdir.

Hamımız günah və asilik edirik. Məsum kimsə Allahın qoruduğu kimsədir. Allahın qoruduğu kimsələr istisna olmaqla, hər birimiz şər iş görürük – birisi az, birisi çox.

Lakin Allahın bizə olan rəhməti budur ki, tövbə etməyimiz və Allahdan bağışlanma diləməyimiz üçün tövbə qapısını açıq qoymuşdur. Beləliklə uzun müddət etdiyimiz günah və asiliklərin izini silmiş oluruq.
Müsəlman qardaşım, ola bilər ki, sən Ramazandan başqa aylarda namazları qılmağa tənbəllik edir, məscidlərdə camaatla namaz qılmağa səhlənkar yanaşırsan.

Allaha tövbə et, bu ayda namazları camaatla qılmağa çalış. Bəlkə buna vərdiş edər, Ramazandan sonra da namazları vaxtlı-vaxtında camaatla qılar, böyük savab əldə edər, yüksək dərəcəyə ucalarsan.

Oruclu qardaşım, ola bilər namazdan əvvəl və sonra qılınan nafilə (könüllü) ibadətləri yerinə yetirməkdə nöqsanlara yol verir, yaxud Quran oxumaqda səhlənkarlıq edirsən. Ramazan ayında bu ibadətləri yerinə yetirməyə çalış. Çalış Quranı çox oxu. Ümid edilir ki, bu dəb Ramazandan sonra da sənin aludən olar.

Allahın kitabı ilə bağlılığın güclənər, ratibə və nafilə ibadətləri yerinə yetirməyə əzmin çoxalar. Beləliklə çoxlu xeyirə nail olarsan.

Oruclu qardaşım, ola bilər sən yalançı şahidliyə, yalanı ört-basdır etməyə, rüşvət vermək və pis xasiyyətlərinə aldanaraq yalançı şahidləri təşviq etməyə mübtəla olmusan. BU BÖYÜK GÜNAHDAN ALLAHA TÖVBƏ ET. Onların sənin üçün əsassız olaraq şahidlik etməsi, sənin mənfəət əldə etməyin və məhkəmə prosesini udmağın səni aldatmasın, Allahdan qorx. Çünki sən onları şirnikləndirmisən, onlar da sənin üçün yalan şahidlik edib, sənin tərəfini saxlayıb, mühakimənə dəstək veriblər. Allahdan qorx.

Bil ki, Allah sənin etdiklərindən xəbərdardır. Etdiyin hər şeyə görə səni mühakimə edəcəkdir. Əgər sən yalançılığa rəvac verib, yalançı şahidlərə şahidliklərində yardım etmisənsə, ALLAHA TÖVBƏ ET, Allahla qarşılaşmamış bu işdən və onun əsər-əlamətindən yaxanı qurtar. Əks halda etdiklərinə peşiman olacaqsan.

Müsəlman qardaşım, əgər sən insanlara tənə etməkdən, söyməkdən, lağ etməkdən, eyiblərini açmaqdan zövq alırsansa, bu ayda ALLAHA TÖVBƏ ET. Allahdan qorx, Rəbbindən bağışlanma və əfv dilə.
Əgər tövsiyə edə bilirsənsə, nəsihət et, əks halda dilini qoru.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Məgər insanları üzü, yaxud burnu üstə cəhənnəmə sürükləyən onların dillərinin qazandığı deyilmi?!”

Müsəlman qardaşım, əgər sən əmanətə səhlənkar yanaşaraq insanların mal-dövlətinə təcavüz edərək, haqsız yerə mallarını yeyərək zülm etməklə mübtəla olmusansa, yaxud yalan və dolanbaclıqla mal-mülkü mənimsəmisənsə, ALLAHA TÖVBƏ ET və HAQSIZCASINA MƏNİMSƏDİKLƏRİNİ ÖZ SAHİBLƏRİNƏ QAYTAR.

Beləliklə sən bu ayı Allaha tövbə etmək, bağışlanma diləmək üçün özünə bir fürsət et.

Digər xəbərlər