Ramazan Quran ayıdır – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 241 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Bu ayın ən başlıca özəlliyi budur ki, uca Allah Quranı bu ayda nazil etmişdir. Yəni, Quranı bu ayda nazil etməyə başlamışdır. Bu hadisə Qədr gecəsində baş vermişdir.
Uca Allah buyurur: “Biz onu (Quranı) qədr gecəsində nazil etdik.” (əl-Qədr surəsi: 1).
“Biz onu mübarək gecədə nazil etdik. Biz (o Kitab vəsitəsilə insanları) xəbərdar edirik!” (əd-Duxan: 3).
Quran Muhəmməd Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) Ramazan ayında nazil olmağa başlamış, daha sonra hadisələr və gərəkli məqamlarda nazil olmaqla Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vəfatına qədər davam etmişdir.
Bu ayənin nazil olması ilə Quranın vəhyi tamamlanmışdır: “Bu gün sizin dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (əl-Maidə: 3).
Buna görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) digər aylardan fərqli olaraq, bu ayı daha çox Quran oxumaqla keçirərdi. Onun əshabələri və onlardan sonra yaşayan bütün müsəlmanlar bu əzəmətli ayda Quranı çox oxuyurlar.
Bu ay Quran ayıdır. Bu ay oruc ayıdır.